PDF Oxu

Siyasət

  • 3 266

QAT sədri: “İbrahimbəyov ermənilərə bağlıdır”

QAT sədri: “İbrahimbəyov ermənilərə bağlıdır”

“Qafqaz üçlüyü” filmində Rüstəm İbrahimbəyov azərbaycanlıları reallığa uyğun olmayan obrazda təqdim edir. Bu yanlış bir fikirdir. İbrahimbəyov dünya vətəndaşı olmağa çalışır. Biz onun ermənilərlə əməkdaşlığı ilə bağlı bir neçə il bundan əvvəl də sərt etirazımızı bildirmişdik. Həmin vaxt o bildirmişdi ki, Bakı ermənilərsiz pis görünür və sair. O vaxt demişdik, indi də təkrar edirik ki, İbrahimbəyov özünü dünya vətəndaşı sayır. Hesab edirəm ki, bu, onun özünə bəraət qazandırmaq cəhdidir”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Onun sözlərinə görə, o, ermənilərə bağlıdır, burda müəyyən maraqları, o cümlədən müəyyən mərkəzlərdən maliyyə maraqları da var: “Çox təəssüf edirəm ki, o, maddiyyata uyaraq öz dövləti, xalqı haqqında bu cür yanlış təsəvvür yaratmağa çalışır. Bir daha onun nəzərinə çatdırmaq istəyirəm ki, dünyada heç bir normal düşüncəli insan kosmopolit olmaq istəmir. Hər kəs öz xalqının nümayəndəsidir və öz xalqını təmsil, tərənnüm etməlidir. İbrahimbəyov yanlış yolda olmamalıdır. Əgər o doğrudan da dünya miqyasına çıxmaq istəyirsə, ilk növbədə milli olmalı, Azərbaycan xalqına mənsub olduğunu göstərməlidir. Onun yaşı çox keçib, ancaq təəssüf ki, o, bunu başa düşmədi. Onun ömrü müəyyən mənada yanlış yaşanmış bir ömür oldu. Təəssüf ki, o bu yanlış xətti davam etdirir. Zənnimcə, İbrahimbəyov bu rəylərdən nəticə çıxarmalı və yanlış hərəkətlərinə son qoymalıdır. Hər halda Azərbaycandan gələn bu rəylərə sağlam münasibət göstərməlidir. Ən azı dünyasını dəyişdikdən sonra Azərbaycan xalqının yaddaşında necə qalacağını düşünməlidir”.Qeyd edək ki, ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya və Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşaqın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və genişürəkli erməni uşağının obrazı təqdim olunur.

sia.az

Digər xəbərlər