PDF Oxu

Siyasət

  • 3 477

Komissiya üzvü: “Prezidentin bu sərəncamı tarixi hadisədir”

Komissiya üzvü: “Prezidentin bu sərəncamı tarixi hadisədir”

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar imzalanan əfv sərəncamı tarixi hadisədir”. Bunu SİA-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.Onun sözlərinə görə, cənab Prezident Cumhuriyyətimizin 100 illiyi ərəfəsində, bayrama bir neçə gün qalmış yüzlərlə ailəni sevindirdi: “Bu, indiyə qədər imzalanan sərəncamlar içərisində daha çox məhkumu əhatə edən əfv sərəncamıdır. Əfv cənab Prezidentin mərhəmət, humanizm, humanitar yanaşma prinsiplərinə sadiqliyinin göstəricisidir".Komissiya üzvü əfv bağlı edilən müraciətlərin diqqətlə araşdırıldığını vurğulayıb: "Fevral ayından may ayının birinci yarısına qədər hər həftə Əfv Komissiyasının çox saylı iclasları keçirilib. İclaslarda 1500-ə qədər müraciətə baxılıb. Hər bir müraciət araşdırılıb, onlara diqqətlə yanaşılıb. Müraciətlərə baxılarkən dövlətin və cəmiyyətin maraqları, məhkumun maraqları, onların ailə vəziyyəti, şəxsiyyəti, davranışları, etdiyi cinayətə münasibəti, bütün bu kriteriyalar əsas götürülərək ortaq balanslı rəylər qəbul olunub. Daha sonra rəylər cənab preizdentə təqdim edilib. Həminin bildirim ki, bu gün imzalanan əfv sərəncamı sayca 64-cüdür”.Ə. Nuriyev əfv olunanlar arasında cəmiyyətdə adaları çəkilən, tanınan şəxslərin də olduğunu deyib: “Nardaran hadisələrində iştirak edən 7 nəfəri biz siyahıya saldıq. Şantaj yolu ilə pul almaqda təqsirləndirilən şair Saday Şəkərli və başqalarının da adlarını qeyd etmək olar”.

sia.az

Digər xəbərlər