PDF Oxu

Siyasət

  • 3 524

"İranın Paşinyan hökumətinə təqdim etdiyi qiymət start qiymətidir"

"İranın Paşinyan hökumətinə təqdim etdiyi qiymət start qiymətidir"

“Tehranın Ermənistandakı “məxməri inqilaba” münasibəti loyal idi. Nəyin baş verdiyini bilmədiyinə görə müdaxilə etmək imkanı yox idi. Mətbuatda ekspert səviyyəsində bəzi şərhlər verilmişdi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Nikol Paşinyan baş nazir postunda yerini istiləşdirdikcə İran N.Paşinyan hökuməti ilə münasibətləri yubatmamaq qərarına gəldi: “İranda dəqiq bilirlər ki, N.Paşinyanı Qərb hakimiyyətə gətirib. Onun Rusiya barədə dediyi şirin fikirlər yalnız siyasətdir. Başqa sözlə, N.Paşinyan erməni siyasətini Rusiyaya qarşı təqdim etməyə başlayıb. Komandasında heç bir Rusiyapərəst yoxdur. Amma hamısı Qərbpərəstlərdir. Bir neçəsi Qərbin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırması layihələrində iştirak edib. Baş nazirin birinci müavini Ararat Mirzoyan isə hətta bir müddət Aİ-nin Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmaq istiqamətində olan layihələrə rəhbərlik edib. Beləliklə N.Paşinyan hökumətinin strateji baxımdan Qərbpərəst, metodoloji baxımdan erməni hiyləsi olduğunu başa düşən İran N.Paşinyan hökumətinə münasibətini çəkinmədən açıqladı. H.Ruhani N.Paşinyanla telefonla danışdı, İranın vitse-prezidenti İshaq Cahangiri N.Paşinyana təbrik məktubu göndərdi. Rus dilli erməni mətbuatı İshaqı Eşak kimi təqdim etməsi də Tehranın Ermənistan üzrə qərarını dəyişmədi və Ermənistana satacaq qazın qiymətini açıqladı: Sərhəddə hər 1000 m3 165 dollara veriləcəkdir. Bu dünya bazarındakı qiymətdən 80-100 dollar ucuzdur. Qazın qiymətinin açıqlanması İran üçün sadə məsələ deyil. S.Sərkisyan hökuməti son 5 ilində İrandan Ermənistana satacağı qazın qiyməti barədə dəqiq rəqəm əldə etməyə çoxsaylı cəhdlər etsə də, bu rəqəmi əldə edə bilməmişdi. N.Paşinyan hökumətinə isə İran çox asanlıqla bu rəqəmi açıqladı.İranın N.Paşinyan hökumətinə təqdim etdiyi qiymət start qiymətidir. Başqa sözlə, danışıqlar nəticəsində İran qiyməti 150 dollardan aşağı sala bilər. Ermənistanın daxilində İran qazının “Qazprom”un (RF) infrastrukturu ilə paylanması isə İrana aid məsələ deyil. Əslində İranın hiyləsi də elə burada gizlənir. Rəsmi Yerevan “Qazprom”a təzyiqlərini artırır. İrana da bu lazımdır. Beləliklə, Ermənistan üzərində İran və Qərb Rusiyanın maraqlarını sıxışdırmaqda müttəfiqə çevrilirlər”.

sia.az

Digər xəbərlər