PDF Oxu

Siyasət

  • 5 851

Hikmət Babaoğlu: “Törədilən kriminal əməllər cəzasız qalmamalıdır”

Hikmət Babaoğlu: “Törədilən kriminal əməllər cəzasız qalmamalıdır”

“Son günlərdə Azərbaycan hüquq-mühafizə orqanlarının AXCP sədri və onun fəaliyyəti ilə bağlı yaydığı məlumatlar kifayət qədər ciddi ittihamlardır və hüquqi məsuliyyət yaradır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, Azərbaycanda hüquqi dövlət var və düşünürəm ki, məsələnin hüquqi tərəfləri elə bu çərçivədə də həll olunmalıdır: “Ancaq nəzərə alsaq ki, Əli Kərimli və onun ətrafındakı radikal marginal qrup Azərbaycanda siyasi hakimiyyətə iddialıdır o zaman bu məsələ təkcə hüquqi müstəvi ilə məhdudlaşmamalı onların fəaliyyəti ictimai rəyə təsir edən vasitələrlə də qınanmalıdır. Çünki konkret halda bu qrup radikal olmaqla bərabər həm də mailyyə məsələlərində ciddi manipulyatordur. Başqa dövlətdən həm ideoloji sifariş, həm də onu həyata keçirmək üçün maliyyə dəstəyi almaq və bu vasitələri Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı istifadə etmək cinayətdir. Qətiyyən yol vermək olmaz ki, Azərbaycan və onun müstəqilliyi, xalqımızın maraqları xarici dövlətlərin maraq və intiriqa poliqonuna çevrilsin”.H.Babaoğlu əlavə edib ki, Milli Şura adlandırılan qrum və onun ətrafında baş verən hadisələrlə bağlı Azərbaycan ictimaiyyəti kifayət qədər məlumatlıdır və bu layihənin arxasında Rusiyada olan ermənipərəst mərkəzlərin və sapı özümüzdən olan baltaların dayandığını bilir: “Elə 2013-cü il Prezident seçkilərində vahid namizəd kimi irəli sürülməsi planlaşdırılan Rüstəm İbrahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” filminə baxmaq yetərlidir ki, bu Şura və onun yaradanların məqsədlərinin nə olduğunu yəqin edəsən. Məqsəd siyasi hakimiyyətə milli satqınları gətirməklə sonrakı mərhələdə Dağlıq Qarabağ problemini ermənilərin lehinə həll etmək, Azərbaycan dövlətçiliyini dağıtmaqdır. Bunu yaxşı bilən Azərbaycan cəmiyyəti bütün seçkilərdə Ə.Kərimli və onun ətrafındakı marginalları layiqincə cəzalandırır. Bu dağıdıcı və təhlükəli qrupun ictimai - siyasi həyata təsir edə biləcək heç bir nüfuzu yoxdur. Ancaq törədilən kriminal əməllər də cəzasız qalmamalıdır”.

sia.az

Digər xəbərlər