PDF Oxu

Siyasət

  • 4 524

Siyavuş Novruzov: "Vətəndaşlar bank kreditlərindən yararlana bilmirlər"

Siyavuş Novruzov: "Vətəndaşlar bank kreditlərindən yararlana bilmirlər"

"2017-ci ildə biz bu məsələni qaldırdıq. Düzdür manatın dayanıqlılığı çox gözəldir. Ancaq məsələ qaldırıldı ki, Azərbaycanda banklarda kredit faizi çox yüksəkdir. Vətəndaşlar bundan səmərəli istifadə edib, yeni iş yerləri yarada bilmirlər”. Bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin plenar iclasında 2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı çıxış edərkən deyib.O bildirib ki, Azərbaycanda orta və kiçik sahiblarlıq kreditlərdən yararlana bilmir ki, oradan da dövlət büdcəsinə vergi ödənilsin və büdcə artsın: “2018-ci ildə hansı işlər görülür ki, bu faiz dərəcələri aşağı düşsün və insanlar kredit ala bilsin? Yaxşı hallardan biri ondan ibarətdir ki, Prezident İlham Əliyev tərəfindən həm şəhid ailələrinə, həm də əlillərə müavinətlərin ödənilməsi ilə bağlı sərəncam imzalandı. Ancaq bununla yanaşı digər bu qəbildən olan məsələlər var ki, onlar da öz həllini tapmalıdır”.S.Novruzov qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında 2017-ci il ölkəmiz üçün uğurlu il olub: “Neft faktorunun büdcədən azaldılması, manatın dayanıqlığı, kənd təsərrüfatın inkişaf etidirilməsi bu uğurun əsas göstəricilərindən biridir. 2017-ci ildə ölkə iqtisadiyatı ilə bağlı bir neçə mühüm hadisə də baş verib. Belə ki, ötən il “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadıldı, Bakı-Tbilisi-Qars dəmiryolunun işə salındı. Bütün bunlar vacib məsələrdən biridir”.

sia.az

Digər xəbərlər