"Azərbaycanda əlillik statusunun müəyyən edilməsinin ASAN Xidmətə verilməsi təklif edilir. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov parlementin bu gün keçirilən iclasında təklif irəli sürüb.O bildirib ki, uzun illərdir ki, əlilliyin verilməsi ilə bağlı məsələ üzərində mübahisələr davam edir: “Əgər ASAN Xidmətin texniki imkanları imkan verirsə və bu məsələni öz üzərinə götürə bilirsə, qoy əlilliyin müəyyən edilməsi Asan xidmətin səlahiyyətinə verilsin və problemlər də öz həllini tapsın. Hesab edirəm ki bu həm dövlətimizə, həm də vətəndaşlarımız üçün faydalı olar. Bu bir təklifdir bunun üzərində düşünmək lazımdır”.
sia.az