PDF Oxu

Siyasət

  • 3 633

Aydın Quliyev: ""Cənub Qaz Dəhlizi”nin üstünlükləri çox böyükdür" AÇIQLAMA

Aydın Quliyev: ""Cənub Qaz Dəhlizi”nin üstünlükləri çox böyükdür" AÇIQLAMA

""Cənub Qaz Dəhlizi”nin böyük bir coğrafiyada milyonlarla insanı iqtisadi böhranların, yoxsulluğun, işsizliyin, savadsızlığın, dövlətlərarası ziddiyyətlərin bütün mümkün fəsadlarından qoruya bilən layihə olduğuna heç kim şübhə etmir". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Onun sözlərinə görə, dünyanın, eləcə də Avropanın yaxın onillərdə qaza təlabatının dinamik artacağını nəzərə alsaq, yeganə yeni alternativ mənbə olan Azərbaycan qazının ölkəmiz üçün böyük iqtisadi və siyasi faydası danılmazdır: “Dünya bazarına çıxarılan qazın ölkəmiz üçün iqtisadi və siyasi dividentlərindən xüsusi danışmaq lazım gəlir. Məlumdur ki, Azərbaycan iqtisadiyyatı sürətlə artan azsaylı modellərdən biridir. Yaxşı mənada “əjdaha” kimi böyüməkdə olan iqtisadiyyatımızın enerji təlabatının ödənilməsində Şahdəniz qazı müstəsna rol oynayacaq. Cənub Dəhlizi ilə dünyaya çıxan qazımız ölkəmizə artıq 20 ilə yaxındır ki, böyük gəlirlər gətirən neftlə yanaşı milli iqtisadiyyatımızın və rifah yüksəlişinin “ikinci qanadına” çevrilir.İqtisadçıların “Cənub Qaz Dəhlizi”ndən Azərbaycanın yaxın onilliklər ərzində 300 milyard dollardan çox birbaşa gəlir götürəcəyini söyləmələri tam əsaslıdır. Müqayisə üçün deyək ki, Əsrin Neft Kontraktından gəlirlərimiz indiyədək 130 milyarddan çox olub. Əgər bu vəsaitlə Azərbaycanın bütün sferalarında simasını əhəmiyyətli dərəcədə dəyişə bildiksə, Şahdəniz qazının ondan qat-qat çox gəlirləri ilə nələr edə biləcəyimizi sadəcə arxayın şəkildə gözləmək lazımdır. Bu, yüz minlərlə yeni və daimi iş yeri, yüksək pensiya və əmək haqqı, hərbi müdafiə potensialının fantastik artımı, abadlıq, yeni-yeni infastruktur layihələri, bütün bunların nəticəsində isə ölkənin dünyadakı nüfüz və mövqelərinin daha da güclənməsi deməkdir. Regionun və Avropanın mühüm təhlükəsizlik və tərəqqi faktoru kimi daha da önə çıxmaq Azərbaycanın “Cənub Qaz Dəhlizi”ndən gözlədiyi ən real və ən böyük siyasi divident olacaq”.

sia.az

Digər xəbərlər