Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Mətbuat Şurası, “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə tədbir keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, qəzet baş redaktorları və KİV nümayəndələri iştirak edir.Tədbirdə “Kaspi nəşrləri” seriyasından iki yeni kitab – “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və tərtibatçısı Vilayət Quliyev olan Əlimərdan bəy Topçubaşovun “Kaspi”dən seçmələr” təqdim ediləcək.Tədbirdə həmçinin, hər il bir şəxsə verilən “Kaspi” mükafatının bu ilki sahibinin adı açıqlanacaq.
sia.az