Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura səviyyəsində təhsilin təşkili bizə kadr problemini həll etməyə imkan verir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib. /Trend/
Onun sözlərinə görə, Akademiya kadr çatışmazlığı problemi yaşamamaqdan ötrü magistraturada oxuyanlar arasında seçim edə və gələcək kadrlarımızı hazırlaya bilir.
A.Əlizadə deyib ki, AMEA-da bir çox sahələr üzrə tədqiqatlar aparılır: "Azərbaycan alimləri artıq dünya səviyyəsində önəm verilən istiqamətlər - biotexnologiya, biofizika üzrə tədqiqatlar aparırlar. Alimlərin biofizika istiqamətindəki tədqiqatlarına diqqət bir az da artırılmalıdır".
AMEA prezidenti onu da əlavə edib ki, innovativ tədqiqatların həyata keçirilməsi texnoparklar vasitəsilə mümkündür: "Fikrimcə, MDB məkanında Azərbaycanda olan kimi texnopark yoxdur.
yap.org.az