Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə DQİDK-nın və Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmi şəxsləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, ilahiyyatçı alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Konfransın açılışını Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Tədbir sözügedən İnstitutun fəaliyyəti barədə ictimai müzakirələr aparılması məqsədi ilə təşkil edilib.Daha sonra mövzu barədə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun məruzəsi dinlənilib.Konfransın davamında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, eyni zamanda Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksanr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və AMEA-nın müxbir üzvü, Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Könül Bünyadzadə fikirlərini bölüşüblər.Konfrans Azərbaycandakı dini təhsilin vəziyyəti, dini təhsildə mövcud problemlər, eləcə də bu sahədə görüləcək işlərin müzakirəsi ilə işini yekunlaşdırıb.Belarusda yaranan texnopark aqrar yönümlüdür. Onun fəaliyyət istiqaməti bizimkindən fərqlənir".
sia.az