PDF Oxu

Siyasət

  • 3 378

Hadi Rəcəbli: "Gənc kadrların irəli çəkilməsi qarşıya qoyulan vəzifədir"

Hadi Rəcəbli: "Gənc kadrların irəli çəkilməsi qarşıya qoyulan vəzifədir"

"Azərbaycanda əhalinin təbii artımı təxminən 1,2-dir. Bu da məntiqi olaraq, təxminən 100 minə yaxın iş yerinin yaradılmasını tələb edir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə keçirilən 4-cü təlim kursunun açılışında deyib.Onun sözlərinə görə, son 15 ildə ölkədə məşğulluq problemi önə çəkilib.H.Rəcəbli əlavə edib ki, məşğulluq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi ölkə Prezidentinin diqqət mərkəzindədir: "Biz yalnız hüquqi bazanın təkmilləşdirilməsində sahəsində iş aparmırıq.İcra strukturlarında daha gənc, enerjili kadrların irəli çəkilməsi qarşıya qoyulan vəzifədir".Komitə sədri əlavə edib ki, "İşsizlikdən sığorta haqqında" qanunun qəbulu çox vacib idi: "Bu qanun qəbul edildikdən sonra işsizlikdən sığorta ilə bağlı büdcəni təsdiq etdik. Büdcə 89 milyon manat müəyyənləşdiildi. Bunun da 35 milyon manatını özünə məşğulluğa yönəltmək nəzərdə tutuldu".

sia.az

Digər xəbərlər