PDF Oxu

Siyasət

  • 4 639

YAP İmişli rayon təşkilatı 25 illik yubileyini qeyd edib

YAP İmişli rayon təşkilatı 25 illik yubileyini qeyd edib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İmişli rayon təşkilatının 25 illik yubileyi qeyd edilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu məqsədlə İmişli rayonunda təntənəli yubiley tədbiri keçirilib.Tədbirdə İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev, “Səs” Mediq Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, Milli Məclisin deputatı Çingiz Qənizadə, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul işçisi Ramil Mirzəyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, yerli hakimiyyət strukturlarının rəhbərləri və rayon fəalları iştirak ediblər.Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edən tədbir iştirakçıları abidə önünə tər çiçəklər düzüblər.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxış edərək partiyanın İmişli rayon təşkilatının yaranmasından, inkişaf etməsindən, rayonun bütün ictimai-siyasi tədbirlərində fəal iştirakından, modernləşməsindən geniş danışıb.Sonra “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək YAP-ın yaranma zərurətindən, ölkəmizin bütün sferalarında yaxından və uğurlu iştirakından danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqörən siyasətinin məntiqi davamı kimi Yeni Azərbaycan Partiyasının yaranmasını göstərə bilərik. Əgər ölkəmizin düşdüyü ağır iqtisadi-siyasi böhranda YAP yaranmasaydı bu günkü Azərbaycanın mövcudluğundan, inkişafından, uğurlarından danışmaq olmazdı. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə atdığı bu addımı bu gün ölkə Prezidenti İlham Əliyev layiqincə və daha modern şəkildə davam etdirir.Tədbirdə iştirak edən millət vəkili Çingiz Qənizadə dağılmaq təhlükəsi ilə baş-başa qalan Azərbaycanın xilasında Ulu Öndərin rolundan danışıb. Bildirib ki, siyasi təşkilatlanmadan sonra qısa zaman kəsiyində hakimiyyətə gələn YAP-ın rolu danılmazdır. Əlbəttə, bütün bu uğurların səbəbkarı Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev idi.İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxışında YAP-ın yarandığı dövrə, partiyanın rəhbərliyi ilə ölkəmizdə əldə edilən uğurlara, keçirilən seçkilərdə daim qələbələr qazanmasına geniş yer verib. Sonra V.Hacıyev Yeni Azərbaycan Partiyasına yeni üzv olanlara üzvlük vəsiqələrini təqdim edib.Sonra tədbir rayon incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.

sia.az

Digər xəbərlər