PDF Oxu

Siyasət

  • 3 326

“Ermənistanın təcavüzkar siyasəti bir daha ifşa olundu”

“Ermənistanın təcavüzkar siyasəti bir daha ifşa olundu”

“Bolqarıstan televiziyasında Ermənistanın təcavüzkar siyasətindən bəhs edən verilişlərin nümayişi çox əhəmiyyətli bir hadisədir. Bir daha sübut olunur ki, Ermənistanın dünya ictimaiyyətinin fikrini azdırmaq, özünün 30 ilə yaxın Azərbaycana qarşı apardığı Qarabağ təcavüzkarlığının mahiyyətini pərdələmək siyasəti tam iflasa məhkumdur və iflasa uğrayıb”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Onun sözlərinə görə, hər kəs bilir ki, Ermənistanın siyasətinin ifşa olunmasında Azərbaycan mediasının məqsədyönlü fəaliyyəti indiyə qədər diplomatiyamızın gücünə güc qatan faktorlardan biri kimi çıxış edir: “Belə bir vaxtda Bolqarıstan mediasının ifşaedici materialları həm də Azərbaycan mediası, Azərbaycan xalqı ilə bir həmrəylik addımı kimi də diqqəti cəlb edir. Xarici auditoriyalarda belə ifşaedici materialların yayılması Ermənistanın Azərbaycana qarşı təkcə təzavüzkar siyasət apardığını yox, həm də mədəni, tarixi irsimizə qarşı vandal siyasət apardığını sübut edib ortaya qoyub. Avropa televiziya məkanında belə faktların səslənməsi xırda hadisə deyil. Bunlar Azərbaycan diplomatiyasının düzgün və həqiqətən hücum mövqeyində olduğunu, belə bir mövqedə irəlilədiyini bir daha təsdiqləyir. Bolqarıstan televiziyasının sujetləri ermənilərin insanlığa, tarixə, mədəniyyətə qarşı nə qədər düşmən kəsildiyinə hər kəsi inandıra bilib”.Baş redaktor əlavə edib ki, Bolqarıstanda yaşayan ermənilərin həmin televiziyanın üzərinə hücum çəkməsi, televiziyanı cəzalandırmağa cəhd göstərməsi tamamilə təbii görünür: “Bu bir tərəfdən onun göstəricisidir ki, Bolqarıstan televiziyası Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini açmaqda çox dəqiq və sərrast bir zərbə vurub. Ona görə də ermənilər bu cür qıcıqlanaraq Bolqarıstan televiziyasından qisas almaq fikrinə düşüblər. Heç şübhə yoxdur ki, orada yaşayan erməniləri istiqamətləndirən məhz Ermənistan dövlətidir və onun bugünkü rəhbərliyidir. Çünki onların Avropa məkanında yeni siyasət aparmaq istədikləri bir vaxtda Bolqarıstan televiziyası Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini aşkarlayan tutarlı faktlar ortaya qoyurlar. Bu həm də təkcə Ermənistanın özündə yox, dünyanın bütün ölkələrində azad media orqanlarına qarşı bir barışmaz mövqe tutmasının bariz nümunəsidir.Bu yaxınlarda Avropa Şurasında Ermənistanın yeni hakimiyyətinin azad mediaya qarşı barışmaz mövqe tutduğunu göstərən faktlar səsləndirilmişdi. Bu onu bir daha göstərir ki, Ermənistanın yeni rəhbərliyi özünü nə qədər demokratik göstərməyə çalışsa da amma dünya ölkələrində azad media orqanlarına qarşı çox dözümsüz bir mövqe tuturlar. Çünki azad media orqanlarının fəaliyyəti nə qədər genişlənirsə, Ermənistanın təcavüzkar siyasətinin mahiyyəti bir daha ortaya çıxır”.Qeyd edək ki, Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş veriliş yayımlanıb. Verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilir.Bolqarıstan erməniləri bu verilişə görə onu hazırlayan jurnalistə və BTV televiziyasına qarşı hücuma keçib, təhdidlərə başlayıblar.

sia.az

Digər xəbərlər