“Ermənistandakı rejim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir addım atmır”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan eynilə Serj Sarkisyanın siyasətini davam etdirir: “Onlar Naxçıvanda aparılan uğurlu əməliyyatımıza da real bir cavab verə bilmir. Bu da Paşinyana mənfi təsir göstərir. Fikir verin, Paşinyan bir dəfə də olsun Naxçıvan barəsində heç nə söyləməyib. Bu o deməkdir ki, Paşinyan rejimi uğursuzluğa düçar olub və vəziyyətdən çıxış yolları axtarır. Aydındır ki, bu məsələnin çıxış yolu ilə həlli yoxdur. Paşinyan və kim olur-olsun Azərbaycan Ordusu öz təzyiqini davam etdirməlidir. Biz ancaq bu yolla Ermənistan hakimiyyətini güzəştə məcbur edə bilərik.Politoloq əlavə edib ki, ümumiyyətlə real güc olmayana qədər Ermənistanda heç bir hakimiyyət Qarabağla bağlı heç bir addım atmayacaq: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü isə nəzərdə tutulmayıb. İlin sonuna qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşə bilər. İkincisi, hələ Ermənistanda erkən parlament seçkiləri keçirilməlidir”.
sia.az