PDF Oxu

Siyasət

  • 4 194

Şamil Ayrım: Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək

Şamil Ayrım: Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək

Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək.Bunu türkiyəli millət vəkili, əslən azərbaycanlı olan Şamil Ayrım deyib. /Trend/

O bildirib ki, iki qardaş ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün əlindən gələni edəcək: “Həmişə olduğu kimi bundan sonra da Türkiyə bütün istiqamətlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyəcək”.
Ş.Ayrım əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman onun diqqət mərkəzində olacaq: “Hamıya məlumdur ki, Ermənistan işğalçıdır və işğal edilmiş Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir”.

yap.org.az

Digər xəbərlər