PDF Oxu

Siyasət

  • 4 881

Azərbaycan güclü iqtisadiyyata malikdir

Azərbaycan güclü iqtisadiyyata malikdir

İlham Əliyev: “İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur”

Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində mühüm işlər görülür.

Azərbaycan Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirib. “Hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”- deyən ölkə başçısının iradəsi və göstərişləri ilə ölkəmizdə ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Prezidentinin sərəncamları ilə, ölkənin sosial-mədəni və iqtisadi sahələrində olduğu kimi, kənd təsərrüfatının inkişafına dair qəbul olunmuş dövlət proqramları, müvafiq qanunvericilik aktları ölkə ərazisində olan torpaq ehtiyatlarından səmərəli şəkildə istifadə üçün geniş imkanlar açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı ilin birinci yarısının inkişaf göstəricilərini diqqətə çatdıraraq, bildirib ki, altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artıb: “Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2 faiz artıb. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri-neft sənayemiz 8,8 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir”.

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yay və qış otlaqlarından səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” və s. bu sahənin inkişafına yeni yollar açıb. Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı istiqamətində və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirilməsinin nəzərdə tutulması da, bu sahəyə göstərilən diqqətin daha bir nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə kənd təssərrüfatının inkişafı ilə bağlı verdiyi fərman və sərəncamlar bu sahənin inkişafına yönəlib. Pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün inkişafında uğurlar əldə olunub. Kənd təsərrüfatına dövlət dəstəyinin daha da artırılması, pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və heyvandarlığın kompleks inkişafının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi üçün ciddi addımlar atılıb. Cənab Prezident çıxışında kənd təəssüratının 7,6 faiz artdığını, bitkiçiliyin isə 14 faizdən çox artdığını diqqətə çatdırıb: “67 min yeni iş yeri yaradılıb. Onlardan 58 mini daimi iş yeridir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artıb. İnflyasiyanın aşağı səviyyədə olması, onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir”.

Təbii ki, kənd təsərrüfatı sahəsinə ayrılan dövlət diqqətinin təzahürüdür ki, bu irəliləyişlər əldə olunub.

Göründüyü kimi, son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştlər və subsidiyalar, həmçinin, bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 2019-cu ilədək, torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi ölkədə kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayıb.

Əlbəttə ki, kənd təsərrüfatının digər sahələrində də sitrusçuluq, çayçılıq, çəltikçilik və s. sahələrində də inkişaf nəzərə çapacaq dərəcədədir.

Cənab Prezident çıxışında kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələrdən birinin bu sahədə ən müasir standartları tətbiq etmək olduğunu bildirib: “Son illərdə kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilmişdir. Demək olar ki, biz texnika parkımızı tamamilə yeniləmişik. Kənd təsərrüfatı texnikasının alınması bundan sonra da davam etdiriləcək, ancaq onun əsas hissəsi həll olunub. Özü də qeyd etməliyəm ki, dünyanın aparıcı şirkətlərinin texnikası bu gün bizim tarlalarımızda fəaliyyət göstərir və fermerlər də bu texnikadan çox razıdırlar. Bu məqsədlə böyük vəsait nəzərdə tutulur. Burada qeyd olundu, təkcə bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq. Keçən il 10 min texnika alınmışdır. Ancaq bu sahədə bundan sonra şəffaflıq tam təmin edilməlidir”.

Qeyri-neft sektorunun inkişafına ayrılan diqqət bu nailiyyətlərə təkandır. Görülən bu və ya digər işlər Azərbaycan Prezidentinin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. “Bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır”, - deyən Cənab Prezident güclü iqtisadiyyat qura bildiyimizi vurğulayıb: “... bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur”.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər