PDF Oxu

Siyasət

  • 5 580

Ortada olan reallıq SİYASİ RAKURS

Ortada olan reallıq SİYASİ RAKURS

Və ya “siyasi məhbus” məsələsi üzərində didişmələrin gerçək üzü
Daim ixtilafların baş verdiyi və qarşıdurmaların ənənəvi hal aldığı dağıdıcı müxalifət daxilində zamanca köhnə, lakin hər dəfə növbəti çəkişmələr gündəmdə qalmağa davam edir. Söhbət müxalifətin xalqın gözündən birdəfəlik düşmüş və gələcəyini yalnız antimilli fəaliyyətdə görən bu hissəsinin “çörək ağacı” hesab olunan “siyasi məhbus” mövzusu ətrafında yaranmış qalmaqallardan gedir. Hansı ki, dağıdıcı müxalifət, eləcə də “hüquq müdafiəçisi” adı altında var-gəl edən məlum adamlar illərdir ki, xaricdə Azərbaycan əleyhinə iş aparan, ölkəmizin müstəqilliyini, inkişafını həzm edə bilməyən siyasi dairələrə qondarma “siyasi məhbus” siyahıları göndərərək maddiyyat əldə edirlər.
Onların bu fəaliyyəti yalnız bir məqsədə - antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edib
Halbuki, Azərbaycanda siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur. Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Lakin ağa qara deməyə vərdiş edən, Azərbaycanın maraqlarını zərbə altına qoymaqla şəxsi mənfəətlərini güdən sözdə müxalifət təmsilçiləri, qondarma hüquq müdafiəçiləri, ziyalı adına ləkə salan “başbiləndlər” illərdir “siyasi məhbus” adı altında biznes şəbəkəsi qurmaqla, necə deyərlər, düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Elə də uzağa getməyib, Leyla Yunus, Xədicə İsmayıl və başqalarının bir-birləri ilə “siyasi məhbus” siyahısı üstündə didişmələrini də göstərə bilərik. O cümlədən, AXCP sədri Əli Kərimlinin də bu məsələdə özünü gözə soxması bir sıra məsələləri yenidən gündəmə çıxarır. Ümumiyyətlə, Azərbaycana düşmən kəsilən bu adamlar illərdir erməni təəssübkeşliyini gizlətməyən dairələrə məqsədyönlü şəkildə yalan, qərəzli, əsassız, təsdiqlənməmiş informasiyalar göndərirlər. Onların bu fəaliyyəti yalnız bir məqsədə - antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edib. Yəni, onların hazırladıqları “siyasi məhbus” siyahılarının məramı Azərbaycanın beynəlxalq miqyasda yüksələn davamlı və yüksək nüfuzunun korlanmasına cəhd göstərməkdən başqa bir şey deyil.
“Siyasi dissidentlə” “siyasi məhbus” yalanları arasında heç bir fərq yoxdur
Yeri gəlmişkən, “siyasi məhbus” məsələsi ilə yanaşı, ölkəmizin maraqlarını satıb Avropa ölkələrinə köçən klaviatura qəhrəmanları – Orduxan Teymurxan, Tural Sadıqlı, Emin Milli, Emin Hüseynov və başqaları da mövcuddurlar ki, onlar özlərini “dissident” elan etməklə, dövlətimizin maraqlarına qarşı ermənidən betər şəkildə zərbələr vurmağa cəhdlər göstərirlər. Bu baxımdan, “siyasi məhbus” məsələsində var-gəl edən “hüquq müdafiəçiləri” və dağıdıcı müxalifət partiya sədrləri ilə həmin “dissidentlərin” arasında heç bir fərq yoxdur.
Bu arada onu da qeyd etmək yerinə düşərdi ki, bu və ya digər şəkillərdə hazırlanan “siyasi məhbus” siyahılarında adları düşənlər yalnız vətən xainləri, dövlət çevrilişinə cəhd göstərənlər, Azərbaycan dövlətinin qanunlarının tələblərinə əməl etməyərək cinayət məsuliyyəti yaradan əməllər törədənlər, dələduzlar, maliyyə pozuntularına yol verənlər, hətta cibgir və narkotik maddə alverçiləridir.Digər maraqlı məqamlardan biri də, torpaqlarımızın bütövlüyünə qarşı separatçılıq əməlləri törədən Əlikram Hümbətov və başqalarının bir çox hallarda dedikləri fikirləri ilə “hüquq müdafiəçiləri” və Avropadakı “dissidentlərin” fikirlərinin üst-üstə düşməsidir. Yəni fakt budur ki, bu sıradan olan ünsürlərin hər biri bilavasitə erməni maraqlarına nökərçilik etməklə məşğuldurlar, eləcə də AXCP sədri Əli Kərimli də. Lakin ortaya pul məsələsi gələndə, fikirlər haçalanır və daha çox qazanc əldə etməkdən ötrü didişmələrə, çarpışmalara, savaşlara start verilir.
Hətta bir sıra müxalifət təmsilçiləri də etiraf edirlər ki, böyük qrant mafiyası var və “siyasi məhbus” məsələlərinin arxasında böyük pullar dayanır. Hansı ki, həmin pullar qəpiyinədək əsasən, AXCP sədrinin cibinə gedir. Eyni zamanda, Ə.Kərimlinin Avropa ölkələrində yaşamaq istəyənlər üçün saxta dəlillərin hazırlanması ilə də məşğul olduğu sirr deyil. Əbəs deyil ki, AXCP sədri və ailəsi sıravi partiyadaşlarından fərqli olaraq, olduqca zəngin həyat sürür. Onun ailəsi isə ilboyu, xarici ölkələrin ən lüks hotellərində dincəlir, biznes qurur və s.
Əli Kərimliyə maneə olan Xədicə İsmayıl faktoru
Qeyd edək ki, asan “qazanc mənbəyi” çoxdandır Ə.Kərimlinin digər həmfikirlərinin də diqqətini çəkir. Belə ki, düşmən dəyirmanına su tökməkdə Ə.Kərimli və L.Yunusdan heç də geri qalmayan Xədicə İsmayıl artıq bir neçə dəfə “siyasi məhbus” bazarına girməyə cəhd göstərib. Düzdür, bir müddət əvvəl qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma kimi təsdiqini tapmış ittihamlarla həbsxana həyatı yaşamış X.İsmayıl vaxtilə “siyasi məhbus” siyahılarının hazırlanmasında canfəşanlıq göstərib, hətta bir zamanlar bu məsələdə Ə.Kərimliyə məsələhətlər də verib. Sonradan isə X.İsmayıl “niyə də mən bu işi təkbaşıma görməyim?” deyib, Ə.Kərimliyə qarşı cəbhə açıb. Beləliklə, “araşdırmaçı jurnalist” anidən “hüquq müdafiəçisinə” çevrilməklə, AXCP sədrinə meydan oxumağa başlayıb. Daha dəqiq desək, maneə baryeri kimi rol alıb.X.İsmayıl qrantları mənimsəmək üçün təkbaşına bazara girmək istəyib və bir neçə dəfə “siyahı” da hazırlayıb. Həngamə də bundan sonra başlayıb. Azərbaycana düşmən mövqedə dayanan “hüquq müdafiəçisi” pərdəsinə bürünərək “siyasi məhbus” dəllallığı ilə məşğul olanlar dərhal hərəkətə keçib və bir gün sonra öz “siyahıları” elan edilib.Qısa xatırlatmaq edərək, deyə bilərik ki, həmin vaxtlarda X.İsmayılın “siyahısında” 94 nəfər, Ə.Kərimlinin isə “siyahısında” nə az, nə çox, düz 166 nəfərin adı yer almışdı. Beləliklə, onun bu “siyahısını” məhz Ə.Kərimli-Cəmil Həsənli cütlüyü sıradan çıxarmağa çalışmışdı. Bax, onda X.İsmayıl C.Həsənlinin və Ə.Kərimlinin ağılsız olduğunu sosial şəbəkədəki hesabında yazmışdı: “Ambisiyaları var, ağılları yoxdur. Sınıq barmağa tibbi yardım göstərməkləri yox, qoyasan elə ara qarışdırsınlar”.
Nəticədə həmin məsələnin üzərindən müddət keçsə də, həmin mənzərə demək olar ki, hər il təkrarlanır. Ortada olan reallıq isə göz qabağındadır...

sia.az

Digər xəbərlər