"Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin hər birində cənab prezident İlham Əliyevin çıxış etdiyi mövqedən də aydın olur ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu bizim istər mənəvi, istərsə də beynəlxalq hüququmuzdur". SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a açıqlamasında "Səs"qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.Siyasi ekspertə görə, hakimiyyətə gəldikdən sonra anormal bəyanatlarla çıxış edən Paşinyan sübut etdi ki, o, məhz küçə müxalifətinin prezidentidir: "Ermənistanda hakimiyyətə gələn insanın birinci missiyası Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq və Ermənisitanı dünyadan təcrid vəziyyətindən çıxarmaq idi. Bu vəziyyətdən çıxmaq üçün isə başlıca olaraq Azərbaycanla danışığa getmək üçün təşəbbüs göstərmək və Qarabağı Azərbaycana sülh yolu ilə təhvil vermək konteksiylə çıxış etmək idi. Təəssüflər olsun ki, Paşinyan hakimiyyəti Dağlıq Qarabağla bağlı daha da aqressiv addımlar ataraq beynəlxalq hüquqlara sığmayan, hesablanmamış bəyanatlar səsləndirir.Bəhruz Quliyevin sözlərinə görə, Dağlıq Qarabağ məsələsində Ermənistanın başlıca mövqeyi kompromisə getməkdən ibarət olmalıdır: "Ordumuz Ermənistanın ordusundan dəfələrlə güclüdür. Azərbaycan öz mövqelərinin bərkidilməsi prosesini bu yaxınlarda Naxçıvanda Günnüt əməliyyatı ilə sübut etdi".Bəhruz Quliyev bildirib ki, Ermənistan Azərbaycanın regionda gücünü, bütün beynəlxalq layihələrin həyata keçirilməsində təşəbbüskar və vasitəçi olduğunu görməlidir: "Ermənisitan rəhbərliyi regionda blokadadan çıxmaq üçün Azərbaycanla kompremisə getməyə razı olmalıdır ancaq Paşinyan hələ də bunu dərk etmir və dərk etmədiyi müddətcə anormal əsası olmayan bəyanatlar verərək ölkəsini düşdüyü təcrid vəziyyətində saxlamağa davam edəcəkdir".Ekspert son olaraq qeyd edib ki, Paşinyanın öz anormal təfəkkürü ilə çıxış etməyə davam etdiyi müddətcə küçə müxalifətindən gələn rəhbərlik yenə də öz yolu ilə küçə müxalifətinə qayıtmış olacaq: "Paşinyanın mövqeyi həm erməni xalqının həm də Ermənistanın dünyada onsuz da aşağı olan reytinqinin əleyhinə işləyir. Ermənistan Qafqazda bütün layihələrdən kənarda qalmış bir dövlət olduğunu görməli və atdığı addımlarda bu vəziyyətdən çıxış yolunu axtarmalıdır".
sia.az