“Ümumiyyətlə Ermənistandakı vəziyyəti iki aspektdən şərh etmək olar. Bunlardan biri obyektiv olaraq kənardan müşahidə edilən şərhdir. Digəri isə Ermənistan tərəfinin özünün verdiyi şərhdir”. Bunu SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.Onun sözlərinə görə, Ermənistan tərəfinin verdiyi şərh odur ki, ölkədə islahatlar gedir və keçmişdə dövlət sektorunda ciddi nöqsan buraxmış ali rəhbərlik məsuliyyətə cəlb olunur: “Onlar bunu müsbət bir dəyişiklik və proses kimi qələmə verirlər. Amma bu heç də belə deyil. Çünki məlumdur ki, Ermənistanda tezliklə parlament seçkiləri olacaq. Ermənistanın keçmiş ali rəhbərliyi hal-hazırkı Ermənistanın rəhbərliyi ilə ciddi rəqib ola bilər. Ona görə də Ermənistanın yeni rəhbərliyi bu məsələlərdən istifadə edib öz rəqiblərini aradan qaldırmaq istəyir. Həmçinin qeyd etmək lazımdır ki, keçmiş prezident Robert Köçaryan, həmçinin Serj Sarkisyan Azərbaycanın torpaqları olan Dağlıq Qarabağda törətdikləri cinayətlərə görə mütləq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.
sia.az