PDF Oxu

Siyasət

  • 4 879

“Azərbaycan Aİ ilə çoxşaxəli tərəfdaşlıq proqramlarını həyata keçirir” ÖZƏL-AÇIQLAMA

“Azərbaycan Aİ ilə çoxşaxəli tərəfdaşlıq proqramlarını həyata keçirir” ÖZƏL-AÇIQLAMA

“Bu gün Azərbaycan dövləti Avropa İttifaqı ilə çoxşaxəli tərəfdaşlıq proqramlarını həyata keçirir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla-Avropa İttifaqı arasında tərəfdaşlığın prioritetləri istiqamətində müvafiq sənəd imzalanmışdır: “Bu sənəd enerji, nəqliyyat, ticarət və s. sahələri əhatə edir. Bununla yanaşı Azərbaycan Avropa İttifaqı ilə təhsil, mədəniyyət sahəsində, demokratiyanın inkişafı istiqamətində əməkdaşlıq həyata keçirir. Bu tərəfdaşlığı çoxşaxəli əhatə edən müvafiq sənəd üzərində də iş gedir. Ümidvaram ki, bu sənəd hazırlanandan sonra Azərbaycan-Avropa İttifaqı ilə müvafiq tərəfdaşlıq proqramını daha da gücləndirəcək”.A.Mollazadə əlavə edib ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir rola malik deyil: “ATƏT-in Minsk Qrupu bu işlə məşğul olur. “Biz isə adətən dəstək verə bilərik”, sözləri ilə öz fəaliyyətlərini məhdudlaşdırırlar”.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

sia.az

Digər xəbərlər