PDF Oxu

Siyasət

  • 4 880

Aydın Quliyev: “Azərbaycanın uğurlarını ləkələmək istəyənlər var" ÖZƏL-MÜNASİBƏT

Aydın Quliyev: “Azərbaycanın uğurlarını ləkələmək istəyənlər var" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə, Azərbaycana düşmən olan dairələrin göstərilən istiqamətlərdə fəaliyyətinin hələ də davam etməsi bizim üçün təəccüblü deyil. Çox təəssüf ki, Azərbaycanda da müəyyən azərbaycanlıların ələ alınması hesabına sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatı davam etdiriləcək. Çünki onların hədəfi ölkədə sabitlikdir, eləcə də onların hədəfi Azərbaycanın müxtəlif istiqamətlərdə rəvan inkişafıdır. İlk növbədə bütün ölkəmizin inkişafının əsas səbəbi, şərti olan ictimai-siyasi sabitlik və dinlər, millətlərarası tolerant mühiti zədələməkdir. Onlar bunu hədəf kimi götürüblər. Haqlı olaraq hesab edirlər ki, nə qədər ki Azərbaycanda mövcud ictimai-siyasi sabitlik var, milli, dini, etnik tolerant mühit mövcuddur bu hədəf kimi götürülür”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, bu cür cəhdlər gələcəkdə də davam olunacaq: “Bu bizi təəccübləndirmir. Əlbəttə ki, Azərbaycanın media və müvafiq dövlət orqanlarının bu istiqamətdə apardığı fəaliyyət də daha güclü şəkildə davam etdirilməlidir. Xüsusilə bu cür dairələrin ifşa olunmasında medianın üzərinə böyük vəzifə düşür. Həmin o sosial şəbəkələrdə çağırış edənlər, ölkəmizin dini mühitini zədələmək istəyənlər ilk növbədə cəmiyyətin, daha sonra isə bizim Azərbaycan mətbuatının mütəşəkkil qaydada müqaviməti ilə rastlaşıblar. Onların növbəti hədəfi Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın apardığı prinsipial siyasəti hədəfə götürməkdir.Bu gün bütün dünya ictimaiyyəti görür ki, Ermənistan nəinki Dağlıq Qarabağ məsələsinin həllində maraqlı deyil, hətta açıq-aşkar təcavüzkar siyasət aparmaqda davam edir. Qarabağ məsələsində Azərbaycanın bu uğurlarını ləkələmək və ictimaiyyətin gözündə mənfi rəy yaratmağa çalışmaq onların əsl xislətini büruzə verir. Aşkar şəkildə bunun arxasında dayanan qüvvələrin əslində beynəlxalq erməni lobbisi ilə eyni sırada dayandıqları şübhəsizdir. Bunu bizim cəmiyyətimiz də görür və yəqinki aparılan bu təbliğatlara qəti şəkildə uymayacaq. Bir sözlə anti-Azərbaycan dairələrin fəaliyyəti bundan sonra da davam edəcək. Ona görə ki, Azərbaycanın uğurları var və ölkəmiz getdikcə güclənir”.

sia.az

Digər xəbərlər