PDF Oxu

Siyasət

  • 3 062

BAXCP rəsmisi: “Hər bir Azərbaycan vətəndaşı ölkənin sabitliyini qorumalıdır” ÖZƏL-MÖVQE

BAXCP rəsmisi: “Hər bir Azərbaycan vətəndaşı ölkənin sabitliyini qorumalıdır” ÖZƏL-MÖVQE

“Gəncədə icra hakimiyyətinin başçısına qarşı törədilən terror hadisələrindən və yaxud da ondan bir neçə gün sonra Gəncə şəhər polis əməkdaşlarının yüksək vəzifəli şəxslərinin qətlə yetirilməsi prosesindən bu günə qədər Azərbaycana yönəlik həmin o tendensiya müşahidə edilməkdədir”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.“Konkret olaraq burada din adı altında insanlarda qıcıq yaratmaqdır. Yəni bunlar “dindarlar” vasitəsilə Azərbaycana qarşı din, dil adı altında hücuma keçiblər. Bu birbaşa xaricdən idarə olunan və Azərbaycanın daxilində olan milli satqınlar, ünsürlər vasitəsilə həyata keçirilir. Bunu açıq formada görmək mümkündür. Hər kəs bunun şahidi olur. Azərbaycanda yaşayan 10 milyon əhalinin təxminən 90 faizindən yuxarı İslam dininin daşıyıcılarıdır. Hər kəs öz dini etiqadına inanır və hörmət edir. Belə bir vəziyyətdə təbii ki, o İslam dinini gözdən salmaq, bu kampaniyanı həyata keçirmək məqsədyönlü bir prosesdir. Bunu məqsədli şəkildə həyata keçirirlər ki, insanlarda bir nifrət yaratsınlar. Burada müəyyən qüvvələrin, mərkəzlərin, xarici xüsusi xidmət orqanlarının açıq formada fəaliyyəti görünür. Düşünürəm ki, Azərbaycan xalqı bu proseslərdə çox ayıq olmalıdır və baş verən prosesləri dəqiq analiz etməlidir. Hər bir Azərbaycan vətəndaşı ölkənin sabitliyini qorumalıdır”-deyə, N.Orduxanlı fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər