PDF Oxu

Siyasət

  • 3 325

Aydın Quliyev: “Prezident sosial qayğıya ehtiyacı olanlara həmişə diqqətlə yanaşıb" ÖZƏL-MÜNASİBƏT

Aydın Quliyev: “Prezident sosial qayğıya ehtiyacı olanlara həmişə diqqətlə yanaşıb" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə sosial siyasət bu gün Azərbaycan dövlətinin fəaliyyətinin mühüm istiqamətlərindən biridir”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.“Bu istiqamətin çox qabarıq görsənməsi fikrimcə, iki əsas səbəblə bağlıdır. Birincisi, ölkənin böyük maliyyət ehtiyyatları və zəngin iqtisadiyyatı var. İkincisi isə cənab Prezident İlham Əliyev şəxsən sosial qayğıya ehtiyacı olan təbəqəyə həmişə özünün diqqətlə yanaşdığını nümayiş etdirib. Bu gün də Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkədə sosial siyasətin ardıcıl və fasiləsiz olaraq aparılmasına bir sübutdur. O yerdə ki, ölkənin iqtisadiyyatı, valyuta ehtiyyatları var, eləcə də o yerdə ki, ölkənin dövlət rəhbəri qayğıya və sosial təminata, müdafiəyə ehtiyacı olan təbəqəyə diqqətlə yanaşır bu cür addımlar mütəmadi və sistemli olaraq həyata keçirilir. Biz Azərbaycan dövlətinin bu gün apardığı siyasətin mahiyyətinə uyğun olan daha bir addımın şahidi oluruq. Ölkənin iqtisadiyyatı inkişaf etdikcə biz bu cür addımları davamlı görəcəyik”-deyə, baş redaktor fikirlərini tamamlayıb.

sia.az

Digər xəbərlər