PDF Oxu

Siyasət

  • 5 529

Hikmət Babaoğlu: "İnsan hüquq və azadlıqları məsələsində Almaniyanın özündə xeyli problemlər var" ÖZƏL-AÇIQLAMA

Hikmət Babaoğlu: "İnsan hüquq və azadlıqları məsələsində Almaniyanın özündə xeyli problemlər var" ÖZƏL-AÇIQLAMA

“Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycana rəsmi səfəri həm ikitərəfli münasibətlər, həm də Avropa İttifaqı Azərbaycan münasibətləri baxımından olduqca mühüm idi". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.Deputat bildirib ki, ekspertlər və media hər nə qədər bu səfəri siyasi səfər kimi şərh etsə də, heç şübhəsiz ki səfərin olduqca ciddi iqtisadi tərəfləri də var idi: "Məhz bu məsələyə diqqət çəkən xanım Merkel də qeyd etdi ki, bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki, Almaniyanın bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşı var. Azərbaycanda xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan da, öz növbəsində, iqtisadiyyatın şaxələndirilməsində maraqlıdır və Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər. Təkcə bu fikir onu deməyə əsas verir ki, Almaniya Azərbaycanla iqtisadi tərəfdaşlığa böyük əhəmiyyət verir, şaxələndirilən iqtisadiyyatımızda yeni sərfəli iqtisadi perspektivlər görür".H.Babaoğlunun sözlərinə görə, Almaniya Avropanın iqtisadiyyatının ən böyük olan ölkəsi olsa da, yeni dünya siyasətinin formalaşması prosesində, iqtisadiyyatına uyğun səviyyədə hərbi-siyasi fəallıq nümayiş etdirə bilmir: “Çünki Almaniya İkinci Dünya Müharibəsindən sonra götürdüyü bəzi beynəlxalq öhdəçiliklərə sadiq qalmaq məcburiyyətindədir. Ona görə də Yaxın Şərq və Şimali Afrikada hətta Şərqi Avropa və Balkan ölkələrində belə baş verən kardinal dəyişikliklər zamanı hadisələrə aktiv hərbi müdaxilə edən ölkələr sırasında görünmür. Bütün bunların əvəzində isə Almaniya bu boşluğu iqtisadi vasitələrlə kompensasiya etməyə çalışır. Son dövrlərdə isə buna paralel olaraq insan hüquq və azadlıqları məsələsindən də öz milli maraqları lehinə yaralanmağa çalışır”.Baş redaktor qeyd edib ki, insan hüquq və azadlıqları məsələsində Almaniyanın özündə xeyli problemlər var: “Ona görə də insan hüquqları silahını hələ ki effektiv təzyiq vasitəsinə çevirə bilmir. Federal Kanslerin Azərbaycana səfəri öncəsi bir qrup öyrədilmiş “fəalın” Almaniyada piket keçirməsi də alman jurnalistin səriştəsiz və yersiz sualı da təsadüfi deyildi. Ancaq bununla belə Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verməsi, Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək və aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq kimi ifadə işlətməsi Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyət kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, bu səfər ikitərəfli münasibətlərdə yeni mərhələ yaradacaq səfər kimi yadda qaldı və bu Azərbaycanın maraqlarına uyğundur”.

yap.org.az

Digər xəbərlər