PDF Oxu

Siyasət

  • 5 203

Almaniya Minsk qrupunun münaqişə ilə bağlı fəaliyyətinə təsir edə bilərmi? ŞƏRH-ÖZƏL

Almaniya Minsk qrupunun münaqişə ilə bağlı fəaliyyətinə təsir edə bilərmi? ŞƏRH-ÖZƏL

“Bildiyiniz kimi Minsk qrupunun fəaliyyətini ABŞ, Fransa, Rusiya müəyyənləşdirsə də, Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri zamanı etdiyi çıxışlar göstərir ki, bu ölkənin istəyi qrupun problemin həllindəki fəaliyyətini daha da fəallaşdırmaqdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Politoloq bildirib ki, əgər Almaniya Bakıda sərgilədiyi mövqeyini ardıcıl şəkildə həyata keçirsə, o zaman bu ölkə Minsk qrupunun münaqişənin həlli ilə əlaqədar fəaliyyətinə canlanma gətirə bilər: “Minsk qrupunun problemin həlli istiqamətində fəallaşması bütün hallarda prosesə dinamika verə bilər”.Azərbaycan ilə Almaniya arasında iki tərəfli münasibətlərə gəlincə İ. Vəlizadə vurğulayıb ki, Almaniyanın Azərbaycana münasibəti digər Qərb ölkələrindən fərqli olaraq, təkcə neft-qaz layihələrinin üzərində qurulmur eyni zamanda digər sahələri də əhatə edir: “Bura infrastruktur, qeyri-neft, bank, kənd təsərrüfatı sektoru daxildir. Almaniya Kansleri Angela Merkelin ölkəmizə səfəri bir daha göstərdi ki, bu maraqlar aktual olaraq qalır və onların genişləndirilməsi gündəmdə duran məsələlərdəndir”.Politoloq qeyd edib ki, Almaniya Azərbaycanı regionda ən vacib iqtisadi partnyor kimi görür: “Çox güman ki, Almaniya gələcəkdə Azərbaycan öz biznes maraqlarını möhkəmləndirməyə çalışacaq. Buna sübut kimi avqustun 27-də Almaniya biznes nümayəndə heyətinin ölkəmizə səfərini, eləcə də avqustun 31-də Gəncədə keçiriləcək II Almaniya-Azərbaycan Biznes forumunu göstərmək olar. Bu, alman biznesmenlərinin ölkəmizə olan marağının, eyni zamanda Almaniyanın regionda Azərbaycanı özünə bir dayaq kimi görməsinin göstəricisidir. Alman biznesmenləri anlayır ki, onların Azərbaycanda fəaliyyətlərinin möhkəmlənməsi digər ölkələrə çıxışlarının əsas təminatçısı ola bilər. Belə olan halda, Azərbaycan Almaniyanın siyasi çəkisində və biznes layihələrində yeri daha da artmış olur”.

sia.az

Digər xəbərlər