“Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycana səfəri bu gün də Avropanın aparıcı ictimai-siyasi dairələrində, mətbuat səhifələrində işıqlandırılmaqda və müsbət nəticələrə gəlinməkdədir”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Qadinlar Şurasının sədri Təranə Kərimova sözügedən məsələyə münasibətini açıqlayarkən deyib.Onun sözlərinə görə, ümumiyyətlə, Almaniyanın Avropanın əsas dövlətlərindən biri olaraq, xüsusilə, Azərbaycanla yüksək səviyyəli əməkdaşlıq, dostluq və tərəfdaşlıq istiqamətində maraqlı görünməsi özündə əhəmiyyətli məqamları ehtiva etməkdədir: “Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin birgə keçirdikləri mətbuat konfransı zamanı önə sürülən fikirlər, o cümlədən, Azərbaycanda fəaliyyət göstərən alman iş adamları ilə keçirilən görüşdə səslənən ifadələr də, belə qənaətə gəlməyə zəmin yaradır ki, onun səfəri, eyni zamanda, tarixi fakt kimi qiymətləndirilə bilər.“Əsas məqamlardan biri də dövlət başçımızın sözügedən konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinin alman ictimaiyyətinə səhih şəkildə çatdırması oldu”, deyə qeyd edən Təranə Kərimovaya görə, bütün bunlarla yanaşı, regional təhlükəsizlik məsələləri ətrafında Cənab İlham Əliyevin fikirləri, bir daha sübut etdi ki, Azərbaycan öz haqq səsini daim beynəlxalq aləmə çatdırır, Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı məlumatlar verilir: “Əbəs deyil ki, məhz bundan sonra Almaniyanın ATƏT-in Minsk Qrupunun üzvü olaraq, sözügedən münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi məsələsində fəallığını artıracağı barədə istər yerli, istərsə də xarici mediada fikirlər səslənməyə başladı. Belə ki, hazırda bu qrupa üzv olan digər ölkələr də Almaniyanın fəal şəkildə həmin istiqamətdə iş aparacağına müsbət rəylərini veriblər”.YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri eyni zamanda bildirib ki, Azərbaycanın regionda və beynəlxalq aləmdə iqtisadi potensialı artıq ölkəmizin liderlik mövqeyini daha da möhkəmləndirməkdədir: “Söz yox ki, xanım Merkelin rəsmi Bakı səfəri Azərbaycanla Almaniya arasında daha yeni və perspektivli ticari və iqtisadi dövrün başlanmasına da zəmin oldu. Ölkə rəhbərimizin çıxışında irəli sürdüyü fikirləri, eləcə də, ortaya qoyulan statistik rəqəmlər də qeyd edilən faktorlara əsaslanır. Misal üçün, Almaniyadan olan şirkətlərin Azərbaycanda bir çox layihələrdə iştirak etməsi, son 15 il ərzində Azərbaycana 250 milyard dollar həcmində xarici sərmayələrin qoyuluşu da bu reallığı kifayət qədər ehtiva etməkdədədir”.“Azərbaycan qeyd edilən üstünlüklərə malik olmaqla yanaşı, həm də Avropanın enerji təhlükəsizliyində öz əhəmiyyətli rolunu oynamaqdadır”, bildirən Təranə Kərimova qeyd edib ki, bu gün istifadəyə verilən möhtəşəm iqtisadi layihələrin hər biri bilavasitə bu gerçəkliyi sübuta yetirməkdədir: “TAP, TANAP, BTQ, “Cənub Qaz Dəhlizi” və s. çoxsaylı layihələr qısa müddət ərzində Azərbaycanın dövlətinin və xalqının daha sürətli inkişafına tərəqqisinə əsaslı zəmin yaradır”.Təranə Kərimova həmçinin vurğulayıb ki, hələ Federal Kanslerin Azərbaycana səfərindən öncə, özlərini “müxalifət liderləri” adlandıran şəxslər vaxtından əvvəl eyforiyaya və utopik xəyallara dalaraq, guya ölkəmizdə demokratik mühitin olmaması və s. məsələlərlə bağlı xanım Merkellə görüş keçirəcəklərini iddia edirdilər. Lakin onların bu ümidləri də doğrulmadı: “Əbəs deyil ki, xanım Merkel öz çıxışlarında bu cür iddiaları qəbul etmədiyini, Azərbaycanla demokratiya və insan haqlarının qorunması ilə bağlı aparılan fikir mübadilələrini, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müzakirələrini yüksək qiymətləndirdi. Hesab edirəm ki, Azərbaycanla Almaniya arasındakı münasibətlər yeni eranın başlanması kimi tarixə yazıldı və bütün bu reallıqlar əlbəttə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli, dönməz və müdrik daxili-xarici siyasətinin uğurlu, məntiqli nəticəsi kimi dəyərləndirilir. Bu baxımdan, ölkəmizin, xalqımızın həyatının daha da çiçəklənməsi üçün bizlər bu siyasətin ətrafında sıx birləşib, möhtərəm dövlət başçımıza davamlı dəstəyimizi göstərəcəyik”.
sia.az