“Rusiya Azərbaycanın ənənəvi olaraq çox yaxın ticarət partnyorudur. Təbii ki, biz hər sahədə Rusiya ilə əməkdaşlıq (həm neft sahəsində, həm də qeyri-neft sektorunda) edirik”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.“Bizim ən böyük sərhəd zonamız Rusiya ilədir. Eyni zamanda beynəlxalq nəqliyyat dəhlizlərində həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərində Rusiya ilə əməkdaşlıq Azərbaycan üçün böyük iqtisadi fayda deməkdir. Nəzərə alsaq ki, Rusiya Azərbaycanın xarici ticarət payında təxminən 14 faiz paya malikdir. Həm də Azərbaycan qeyri-neft sektorunun ixracının təxminən 35 faizinə yaxınını Rusiya ərazisinə ixrac edir. Kənd təsərrüfatı məhsulları ixracının müəyyən faizi Rusiya ərazisinə ixrac olunur. Bütün bunlarla yanaşı Azərbaycan neft sektorunda, eyni zamanda elektrik enerjisi sektorunda xəttlərin inteqrasiya olunmasına düşünürəm ki, Rusiya ilə iqtisadi cəhətdən kifayət qədər faydalı və qarşılıqlı maraqlara əsaslanan iqtisadi siyasət yürüdür”-deyə, T.Mirkişili fikrini tamamlayıb.
sia.az