PDF Oxu

Siyasət

  • 7 786

Hikmət Şikarov: “Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir”

image

Azərbaycan-Rusiya münasibətlərinin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət, ortaq tarix və mədəniyyət təşkil edir”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya rəsmi səfərini və onun nəticələrini şərh edərkən deyib.“Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Rusiya ilə əməkdaşlığın qorunub saxlanması və möhkəmlənməsi ölkəmizin xarici siyasətinin ən mühüm prioritetlərindən biri olub”, deyə qeyd edən Hikmət Şikarova görə, şübhəsiz, bu işdə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərinin çox böyük olduğunu bildirib: “Məhz Ümummilli Lider siyasi hakimiyyətə qayıdandan sonra - 1990-cı illərin əvvəlində aralarında müəyyən soyuqluq müşahidə edilən Azərbaycan-Rusiya münasibətlərini normallaşdırmağa nail oldu: “Müasir mərhələdə dövlətlərimizin başçıları – cənab İlham Əliyev və cənab Vladimir Putin bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə biliblər”.YAP Pirallahı rayon təşkilatının sədri həmçinin bildirib ki, Rusiya bizim tarixi tərəfdaşımız və dostumuzdur: “Azərbaycanın ciddi problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaxından iştirak edərək Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi regionda davamlı sabitliyin və sülhün qorunması, təhlükəsizliyin təmin edilməsində maraqlıdır. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Biz ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edirik”.Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri ölkələrimiz arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə təkan verdi”, bildirən Hikmət Şikarov xüsusən də dövlət başçıları arasında səmimi dostluq münasibətlərinin bu proseslərə çox güclü impuls verdiyini deyib: “Rusiya-Azərbaycan münasibətləri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərdir. Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir”.Hikmət Şikarov səfər çərçivəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinə imkan verəcək mühüm sənədlərin imzalandığını da deyib və bildirib ki, iqtisadi əməkdaşlığa dair imzalanan sənədlər ölkələrimiz arasında əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək: “Hazırda Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya yatırır. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə təsir edir. Azərbaycan ilə Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinin təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün çox böyük potensialı var. Müxtəlif sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa, strateji tərəfdaşlığa əsaslanır və uğurla inkişaf edir”.

sia,az

Digər xəbərlər