PDF Oxu

Siyasət

  • 6 294

Anar Xəlilov: “Leyla Yunusun iç üzü çoxdan açılıb” AÇIQLAMA

Anar Xəlilov: “Leyla Yunusun iç üzü çoxdan açılıb” AÇIQLAMA

“Bu şəxslər arasında qarşılıqlı ittihamlar tez-tez təkrarlanır”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.Onun sözlərinə görə, mən bu barədə əvvəllər də açıqlamalarımda qeyd etmişəm ki, bunların bir məqsədi var, o da maliyyə ələdə etməkdir: “Bu gün də baş verən bu qarşılıqlı ittihamların kökündə məhz bu dayanır. Əvvəllər bunlar birgə hərəkət edərək, bəzi anti-Azərbaycan mövqeli beynəlxalq təşkilatların yanında mövqe tutaraq onlardan aldıqları qrantlar vasitəsilə maliyyələşirdilər. Bu işə isə Leyla Yunus başçılıq edirdi. Aldıqları maliyyəni aralarında bölə bilmədiklərindən yaranan konfliktlərin dəfələrlə şahidi olmuşuq. İndi isə ayrı-ayrılıqda hər biri həmin təşkilatlardan maliyyə mənbəyi kimi istifadə etmək qərarına gəliblər. Fakt olaraq bunların bir-birindən fərqli verdikləri hesabatları misal olaraq göstərmək olar. Hesab edirəm ki, bu hallar bunların konkret olaraq iç üzlərini bir daha açaraq ortaya qoyur. Leyla Yunusun iç üzü isə çoxdan açılıb. İctimaiyyət bunların kim olduğunu görür və qiymətlərini verir. Bu insanların xalqı, dövləti yox öz mənafelərini güdmələri bir daha təsdiqlənir. Bunların verdikləri hesabatların və etdikləri çıxışların yalan və qərəz olduğu sübuta yetirilir”.

sia.az

Digər xəbərlər