Siyasət

  • 4 724

“Xorvatiya Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır" ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan müstəqillik qazanandan sonra tək Xorvatiya ilə deyil, ümumiyyətlə Balkan yarımadasında olan ölkələrlə bizim diplomatik münasibətlərimiz yaranıb. Bura Xorvatiya Respublikası da daxildir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, Xorvatiya da Azərbaycanla əlaqələrin genişlənməsində çox maraqlı olan bir dövlətdir: “Xüsusilə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə məsələsində oynadığı rolda Xorvatiyanın maraqları çoxdur. Neft-qaz layihələrinə qoşulmaqda, onlarda iştirak etməkdə Xorvatiyanın maraqları xeyli çoxdur. Təbii ki, əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir və əməkdaşlığımız genişlənir. Bu əməkdaşlıqda hər iki ölkənin öz siyasətinə uyğun, özünün inkişafına uyğun maraqları var. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xorvatiya Respublikasına rəsmi səfəri də əməkdaşlığın, tərəfdaşlığın genişlənməsinə, daha da yaxınlaşmasına səbəb olacaq bir səfərdir”.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin “Franyo Tucman” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. “Franyo Tucman” aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşılayıblar.

sia.az

Digər xəbərlər