PDF Oxu

Siyasət

  • 4 725

"Azərbaycan qlobal kosmik sənayesində öz mövqelərini möhkəmləndirir" AÇIQLAMA

"Azərbaycan qlobal kosmik sənayesində öz mövqelərini möhkəmləndirir" AÇIQLAMA

“Azərbaycan bu gün üç peyk, bu sahənin inkişafına dair uzunmüddətli proqramları, infrastrukturu ilə dünyanın kosmik klubunun üzvüdür və qlobal kosmik sənayesində öz mövqelərini möhkəmləndirir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, son beş ildə Azərbaycan orbitə 3 peyk çıxarıb. Ötən illər ərzində Azərbaycanın “Azerspace-1” və “Azərsky” adlı 2 peyki orbitə buraxılıb. Ötən gün isə “Azerspace-2” adlı 3-cü peykimizin orbitə buraxılması bir daha dövlətimizin gücünü və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan inkişaf siyasətinin yüksək səmərəsini göstərir: “Əlbəttə ki, biz bunu həm də ölkəmizin iqtisadi uğuru kimi də qəbul etməliyik. Çünki, peyklərimiz vasitəsilə Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Avropa və Qafqaz regionunda telekommunikasiya sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edilir. Hətta, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti bütün dünya üzrə, o cümlədən “Google” da daxil olmaqla, bir çox ABŞ şirkətlərinə telekommunikasiya və digər xidmətlər göstərir”.“Azərbaycanın peyklərinin orbitə çıxarılması respublikamız üçün siyasi, iqtisadi-sosial və elmi baxımdan olduğu kimi, həmçinin strateji prizmadan da böyük əhəmiyyət kəsb edir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, müasir dövrdə kosmik sənaye təkcə kosmosu fəth etmək vasitəsinə deyil, həm də qlobal və regional sosial-iqtisadi məsələlərin, elmi-texniki problemlərin həlli üçün əsas vasitəyə çevrilib.Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, peyklərimizin kosmosa çıxarılması Azərbaycanın etibarlı informasiya təhlükəsizliyi sisteminin formalaşmasını təmin etməklə yanaşı, ümumən, telekommunikasiya sisteminin inkişafına ciddi təkan verir: “Telekommunikasiya peykinin fəzaya buraxılması ölkənin bütün ərazisində internet, beynəlxalq telefon danışıqları, televiziya yayımı və peyk xidmətlərinin keyfiyyətini daha da yüksəldir. Eyni zamanda, peyklər vasitəsilə xəritəçəkmə, hidrometeorologiya, yerin təkinin öyrənilməsi, geodeziya işlərinin yüksək səviyyədə aparılması mümkün olacaq. Bir sözlə, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq orbitə çıxarılmış peyklərimiz Azərbaycanımızın daha da inkişafına, ən əsası daha etibarlı müdafiəsinə, təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək”.

sia.az

Digər xəbərlər