PDF Oxu

Siyasət

  • 4 007

Autizm xəstələri ilə bağlı qanun layihəsinin hazırlanması təklifi irəli sürüldü

Autizm xəstələri ilə bağlı qanun layihəsinin hazırlanması təklifi irəli sürüldü

“Azərbaycanda son dövrlər autizm xəstəliyi yayılmağa başlayıb. Onun müalicəsi uzun müddət və çox xərc tələb edir. Bu baxımdan düşünürəm ki, belə xəstələrlə bağlı ayrıca qanun layihələri hazırlana, onların müalicəsi ilə bağlı dövlət büdcəsindən maliyyə ayrıla bilər. Eyni zamanda bu xəstəliyin müalicəsi və yaranma səbəbləri ilə bağlı tədqiqatların aparılmasına da ehtiyac var. Çünki, bu xəstəlik genefondumuza zərbə vurur”. SİA-nın xəbərinə görə, bu fikirləri “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru, millət vəkili Hikmət Məmmədov parlamentin payız sessiyasının ilk plenar iclasında çıxış edərkən deyib.Azərbaycanda əhalinin artım səviyyəsinin aşağı düşdüyünü deyən millət vəkili söyləyib ki, bu hal gələcəkdə problemlərə gətirib çıxara bilər: “Hesab edirəm ki, bu problemin qarşısını almaq üçün çoxuşaqlı ailələrə güzəştlər ayrıla bilər”.Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsinin vacibliyini dilə gətirən H.Məmmədov Azərbaycanın tarixi abidələrinin turistlərə təqdimatı məsələsində problemlərin olduğunu diqqətə çatıdırıb: “Tarixi abidələrin qorunması və öyrənilməsi çox vacibdir. Lakin bunlarla yanaşı, onun təqdimatı da vacib məsələdir. Çünki, Azərbaycanın taixi abidələrini ölkəmizə gələn turistlərə tanıda bilmirik”.H. Məmmədov çıxışı zamanı Azərbaycanda çəkilən filmlərlə bağlı fikirlərini də bildirib: “Azərbaycanda milli seriallar, kinolar çəkilir. Lakin onların məzmunu və akutallığı ilə bağlı prolemlər var. Hesab edirəm ki, filmlərin çəkilməsi ilə bağlı Şuralar yaradılmalı, ssenarilər həmin şuralar vasitəsilə qiymətləndirildikdən sonra filmlər çəkilməlidir”.

sia.az

Digər xəbərlər