PDF Oxu

Siyasət

  • 4 035

Deputatlarımız ATƏT PA-nın payız sessiyasına qatılacaqlar

Deputatlarımız ATƏT PA-nın payız sessiyasına qatılacaqlar

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse -prezidenti Azay Quliyev və millət vəkili Tahir Mirkişili qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-dən 6-dək Qırğızıstanda səfərdə olacaqlar. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Bişkək şəhərində keçiriləcək toplantıda 3 sessiya çərçivəsində etimad və regional əməkdaşlıq vasitəsi ilə sərhəd bölgələrində yeni çağırış və təhdidlərə qarşı mübarizə, Aralıq Dənizi Forumu və vətəndaşların təhlükəsiz cəmiyyətlərin qurulmasında iştirakının gücləndirilməsi barədə məsələlər müzakirə ediləcək. Deputatlarımız müzakirələrdə fəal iştirak edəcəklər.Sessiya çərçivəsində Azay Quliyevin sədri olduğu İpək Yolu Dəstək Qrupunun iclası da keçiriləcək.

sia.az

Digər xəbərlər