PDF Oxu

Siyasət

  • 6 697

Deputatımız Latviya Seyminə keçiriləcək seçkiləri müşahidə edəcək

Deputatımız Latviya Seyminə keçiriləcək seçkiləri müşahidə edəcək

Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov oktyabrın 4-dən 7-dək Riqa şəhərində səfərdə olacaq, Milli Məclisin xətti ilə beynəlxalq müşahidəçi qismində Latviya Seyminə keçiriləcək seçkiləri müşahidə edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə,deputatımız öncə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq.Oktyabrın 6-da seçki prosesini müşahidə edəcək, demokratik qaydalara riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına, vətəndaşların fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcək.

sia.az

Digər xəbərlər