PDF Oxu

Siyasət

  • 4 423

Politoloq: "AP-nın üzvünün erməni diasporu ilə fəliyyəti uzun illərə söykənir" AÇIQLAMA-ÖZƏL

Politoloq: "AP-nın üzvünün erməni diasporu ilə fəliyyəti uzun illərə söykənir" AÇIQLAMA-ÖZƏL

“Avropa Parlamentinin üzvünün separatçılıq və etnik təmizləməni təşviq etməsi onun ermənipərəst mövqedə olduğunun göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.Ölkəmizə qarşı atılan bu addımların erməni diasporu tərəfindən oynanılan bir oyun olduğunu deyən politoloq söyləyib ki, separatçılıq təbliğatı ilə məşğul olan Avropa Parlamentinin üzvü Eleni Teoxarus Avropada erməni işğalını legitimləşdirmək istiqamətində fəaliyyət göstərən biridir: “Görünür Ermənistan Azərbaycana qarşı fəaliyyətsiz dayana bilmir. Belə olan halda, biz onlara cavab verməliyik”.R.Məmmədovun sözlərinə görə, işğalçılığı təbliğ edən şəxslərə separatçılıq anlayışının mənası, onun təhrifi, konvensiyalarla qadağan olunması ilə bağlı məlumatlar hazırlanıb, göndərilməlidir.Politoloq qeyd edib ki, Eleni Teoxarusun erməni diasporu ilə olan əlaqələr uzun illərə söykənir: “ O, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etdiyinə görə, ölkəyə “girişi arzu olunmayan şəxslər siyahısına” daxil edilib və bununla yanaşı, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Qanunsuz səfərlərinin hər birini Avropa Parlamentinin üzvü mandatından sui-istifadə etməklə və bir növ AP-nin rəsmi nümayəndə heyətinə rəhbərlik edirmiş kimi qələmə verməyə çalışan Teoxarusun bu fəaliyyəti AP üzvlüyündən sui-istifadə halı kimi araşdırılmalıdır”.

sia.az

Digər xəbərlər