"Əvvəlcə qeyd edim ki, xaricdə yaşayıb, Azərbaycana qarşı düşmən mövqe sərgiləyən "azərbaycanlılar" az da olsa, bütün dönəmlərdə olub və çox təəssüf ki, bu gün də var". Bunu SİA-ya açıqlamasında "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.Onun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlıların sayı çoxdur və bir neçə milyon təşkil edirlər: "Bu qədər çox böyük sayda insanlardan yalnız çox cüzi, az hissəsi düşmənlərimizin istəklərini həyata keçirmək üçün onların dəyirmanına su tökməklə məşğuldurlar. Onların bu nadan və ləyaqətdən uzaq hərəkəti təbii ki, xalqımızın və dövlətimizin dünyada qazandığı uğurlarını ləkələməyə və gözdən salmağa yönəlsə də, atılan iftiralar hədəfinə çatmır və çatmayacaq. Çünki Azərbaycanda gedən böyük inkişafın sürəti və mahiyyəti bütün dünyaya artıq bəllidir və dönməz xarakter alıb. Milyonların ölkəmizə gəlib öz gözləri ilə gördüyü böyük inkişafı üç-beş nəfər xarici düşmənlərimizin tapşırığını yerinə yetirən xəyanətkar heç zaman ləkələyə bilməz. Azərbaycan öz qətiyyətli, möhkəm iradəyə malik Prezidentinin rəhbərliyi ilə yeni zirvələrə doğru əzmlə irəlilədikcə, həmin xəyanətkarların yalan, böhtan və iftiralardan ibarət olan qarayaxmaları öz təsirini itirir".
sia.az