“Ermənistanda keçirilməsi nəzərdə tutulan Frankofoniya sammitində bizə qarşı hər hansı təxribatın hazırlanmasını gözləmirəm”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, Frankofoniya sammiti fransızdilli ölkələrin mədəni əlaqələri müstəvisində keçiriləcək və hər hansı siyasi xarakter daşımır: “Bu təşkilatın üzvləri fransızca danışan Avropa ölkələri, Qərbi Afrika, Ukrayna və Ermənistandır. Nikol Paşinyan bu tədbirdən yararlanaraq əlaqələri kəsilmiş diasporla yenidən əlaqə yaratmağa çalışacaq ki, çətin iqtisadi duruma düşümüş ölkəsinə maliyyə dəstəyi alsın. Məlumdur ki, Ermənistan iqtisadiyyatı bütünlüklə Rusiyadan asılı vəziyyətdədir. Paşinyanın dövlət rəhbəri seçilməsindən sonra Rusiya ilə gərginləşən münasibətlər zəngin diasporu gözləmə mövqeyini seçməyə vadar edib. Disapor Ermənistana yatıracağı milyardlar üçün zəmanət almasa bu ölkəyə bir qara qəpik də verməyəcək.Ermənistan bir ölkə olaraq, hal-hazırda səfalət içərisində yaşayır. Sıravi erməni vətəndaşlar ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutur, oralarda nökərçilik edirlər. Ermənistan dövləti isə xarici ianələr hesabına mövcudluğunu davam etdirir. Belə bir vaxtda bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin qonaqların yerləşdirilməsi üçün mehmanxana belə tapılmır”.
sia.az