PDF Oxu

Siyasət

  • 3 471

Umud Rəhimoğlu: “Eleni Teoxarusun niyyəti məkrlidir" ÖZƏL-MÜNASİBƏT

Umud Rəhimoğlu: “Eleni Teoxarusun niyyəti məkrlidir" ÖZƏL-MÜNASİBƏT

“Biz zaman-zaman görürük ki, Avropa Parlamentinin (AP) nümayəndələri qondarma Dağlıq Qarabağa səfərlər edirlər. Davamlı şəkildə olan bu səfərlər onu göstərir ki, bu bilərəkdən və şüurlu şəkildə edilən səfərlərdir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu Avropa Parlamentinin (AP) qanlı separatçılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun qondarma Dağlıq Qarabağa dəstək nümayiş etdirməsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, hər bir ölkənin suveren hüquqları və qaydaları var: “Avropa Parlamenti Avropa dəyərlərini təbliğ edir. Əslində bu dəyərlərin AP-nin deputatlarının özləri tərəfindən kobud şəkildə pozulması heç cür məntiqə sığmır. Onlar yaxşı olardı ki, bu cür addımlar atarkən razılaşdırılmış şəkildə bunu etsinlər. Qoy onlar bu addımları Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılmış şəkildə həyata keçirsinlər. Amma çox təəssüf ki, bu belə deyil. Hesab edirəm ki, bu səfərlər məqsədli səfərlərdir. Bu məkrli səfərlərin arxasında da təbii ki, onların məkrli niyyətləri dayanır. Çox təəssüf ki, biz bu hadisələrə fikir bildirməkdən başqa hansısa addım ata bilmirik. Qondarma Dağlıq Qarabağa dəstək nümayiş etdirilməsinin özü belə ölkəmizin özəl hüquqlarının pozulması deməkdir. Deputatın siyasi baxışları onun Ermənistan və erməni diasporu ilə olan əlaqələrini eləcə də, Rusiyaya isti münasibətlərinə aydınlıq gətirməyə müvafiq zəmin yaradır”.

sia.az

Digər xəbərlər