Siyasət

  • 4 129

Siyavuş Novruzov: Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq çərçivəsində həll edəcək

image

“Son dövrlərdə bir qrup insan Dağlıq Qarabağ adı altında müxtəlif kütləvi aksiyalar keçirir. Qarabağla heç bir bağlılığı olmayan insanların bu məsələni ortaya atması cəmiyyətdə çaşqınlıq yaradır”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, Dağlıq Qarabağla bağlı münaqişəsinin həlli dövlətimizin siyasətinin əsasını təşkil edir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti bu istiqamətdə işlər bütün beynəlxalq təşkilatların tribunasından nəinki işğal olunmuş ərazilər, eyni zamanda Azərbayanın tarixi torpaqları ilə bağlı həqiqətləri dünyaya çatdırır: “Azərbaycan Prezidenti danışıqlarla bağlı mütəmadi olaraq vətəndaşlara hesabat verir. İstər forumlarda, istər də regionlara səfərləri zamanı hər zaman Dağlıq Qarabağ məsələsinə toxunur. Bu, ictimaiyyətə bəllidir. İctimaiyyət də bu il keçirilən prezident seçkilərində cənab İlham Əliyevə səs verərək bu hüququn yalnız Prezidentə aid olduğunu təsdiqləmiş oldu”.
S.Novruzov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ən kəskin münasibət cənab Prezident tərəfindən göstərilir: “Azərbaycan xalqının verdiyi mandatla problemin həlli istiqamətində işlər davam edir. Qarabağ bütün azərbaycanlılarındır. Azərbaycan bütün danışıqlarda, ordunun gücləndirilməsində bu məsələyə hazırlığını sübut edir. Bu il ölkədə keçirilən iki hərbi parad buna nümunədir. Azərbaycan sülh tərəfdarı olduğunu həmişə bəyan edib, amma sülh olmadığı təqdirdə hərbi yola əl atacağını da hər zaman açıqlayıb. Lakin bundan sui-istifadə edənlər torpaqlarından didərgin düşən qaçqın və məcburi köçküblərə çağırış edərək onları mənəvi terrorla üz-üzə qoyurlar”.
“Birinci Qarabağ münaribəsində on minlərlə insan döyüşüb, mübarizə aparıbsa, bu, hər zaman belə də olacaq. Burada mənim-sənin məsələsi ola bilməz. Bir milyon qaçqını təhdid etməklə nəyə xidmət edirlər? Bu gün qaçqınlar üçün evlər, mənzillər tikilir. Təbii ki, onlar öz yurd-yuvalarına qayıdacaqlar. Lakin onları mənəvi terrora məruz qoymağa, onları aşağılamağa heç kimə hüquq verilməyib. Milli Məclis üzvləri və hər kəs bilir ki, Dağlıq Qarabağ münaqişəsi hər hansı futbol meydançasında keçirilən mitinqlə həll olunan məsələ deyil. Dağlıq Qarabağ münqişəsi Ali baş Komandanın rəhbərliyi, beynəlxalq hüquq çərçivəsində, qanuni yolla həll olunacaq. Biz problemin sülh yolu ilə həllinə çalışırıq, olmayacağı təqdirdə hərbi yola əl atacağıq. Görəsən, indi etiraz edənlər bu münaribədə iştirak eədəcəklərmi? O mitinqi edənlərin övladları gəlib orada iştirak edəcəklərmi? Necə ki, vaxtilə bir maşın erməni başı gətirəcəm deyənlər, həmin mitiqndə ön sırada dayanmışdılar. Çünki, onlar bulanıq suda balıq tutmağa öyrəşiblər və buna çalışırlar. Azərbaycanın ərazi bütövlüyü onlar üçün əsas şərt deyil, onlar üçün əsas şərt siyasi oyunbazlıq etməkdir. Azərbaycan xalqı da bunu görür və bunun nəticəsi olaraq da, həmin insanları boykot edir. Çünki, məhz həmin insanların ucbatından bu gün qaçqın və məcburi köçkünlər öz torpaqlarını itiriblər, evlərindən didərgin düşüblər. Bu şəxslər Dağlıq Qarabağ adı altında insanların hissləri ilə oynamamalıdırlar”, - deyə, YAP İcra katibinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər