"Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsi artır və ümid edirəm ki, bu gələcəkdə daha da artacaq". SİA-nın xəbərinə görə bunu Azərbaycanda dünyada ilk dəfə mobil rezidentliyin təqdimat mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas bildirib.Səfir bu gün təqdimatı həyata keçirilən mobil rezidentliyin mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq, gələcəyin layihəsi olduğunu deyib: "Azərbaycan və Avropa İttifaqı hərtərəfli tərəfdaşlığı inkişaf etdirməlidir. Hazırda iki tərəf yeni sazişin üzərində işləyir. Bu isə hərtərəfli əməkdaşlığı əhatə edir".Səfir qeyd edib ki, Azərbaycan Avropa və Asiya arasında olan marşrutun tam mərkəzində yerləşir: "Azərbaycanın Avropa və Asiya arasında bağa necə xidmət etməsi vacib amildir".
sia.az