“Fransanın nümayəndələrinin Azərbaycanın işğal olunmuş torpaqlarına səfər etməsi və orada “bəyannamə” imzalaması bu ölkənin orta şəhərlərinin birinin mövqeyidir. Azərbaycan Xarici İşlər Nazirliyinin sorğusuna əsasən, bu ölkənin rəsmi mövqeyində separatçı rejimi tanımadıqları və orada imzalana “sənəd”in heç bir hüquqi statusa malik olmadığı açıqlanır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.O bildirib ki, Fransa tərəfinin rəsmi açıqlaması ermənilərin vaxtaşırı həyata keçirdiyi hiylələrə baxmayaraq, rəsmi hakimiyyətin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha göstərmiş oldu: “Rəsmi mövqeyə əsaslanaraq deyə bilərik ki, Fransa təxribatlara görə, öz vətəndaşlarının hərəkətlərinə cavabdehlik daşımır”.Fransada on minlərlə şəhərlərin olduğunu deyən A. Mirzəzadə qeyd edib ki, qanunsuz səfərə gələn şəxslər rəsmi məsuliyyətə malik deyillər: “Onlar yalnız yerli məsələlərin həlli ilə məşğuldurlar. Təbii ki, Fransa nümayəndələrinin Şuşaya səfəri təxribatdır. Lakin bununla yanaşı onu Fransa parlamentinin keçmiş deputatı, ermənipərəst Fransua Roşblanın müşahidə etməsi göstərir ki, ermənipərəst dairələr vaxtaşırı təxribat törətmək üçün belə insanları axtarıb tapırlar”.
sia.az