PDF Oxu

Siyasət

  • 4 623

Bakıda VI Beynəlxalq Humanitar Forum çərçivəsində Dayanıqlı İnkişafa dair Bakı Forumu keçirilir

Bakıda VI Beynəlxalq Humanitar Forum çərçivəsində Dayanıqlı İnkişafa dair Bakı Forumu keçirilir

Oktyabrın 25-də VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişafa dair Bakı Forumu işə başlayıb.

“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan Forumda əvvəlcə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülən işlərə və qazanılan nailiyyətlərə dair videoçarx nümayiş etdirilib.
Forumun moderatoru, “TRT World”un xəbər müxbiri xanım Maria Ramos Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş ilk Forumun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. O, Forumda dünyanın müxtəlif regionlarını təmsil edən 30-dan çox ölkədən nümayəndələrin iştirak etdiklərini diqqətə çatdırıb. M.Ramos Forumun əlamətdar günə - BMT-nin yaradılmasının 73-cü ildönümünə təsadüf etdiyini xüsusi vurğulayıb, bu münasibətlə təbriklərini çatdırıb. O, bu Forumda regionda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Bakı prinsiplərinin müəyyən edildiyini vurğulayıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov VI Beynəlxalq Humanitar Forumun işə başlamasını, hazırda isə Dayanıqlı İnkişaf Məqsədlərinə dair Bakı Forumunun keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib.

yap.org.az

Digər xəbərlər