“Bakı Beynəlxalq Humanitar Forumu bir sıra məsələlərin müzakirəsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan forumda iştirak etdiyimdən məmnunluq duyuram”. Bu fikirləri SİA-ya açıqlamasında Livanın NNA agentliyinin direktoru xanım Laura Süleyman deyib.Azərbaycanda humanitar əməkdaşlığa dair bir sıra tədbirlərin keçirildiyini deyən agentlik direktoru söyləyib ki, Forum problemlərin həllinin, inkişafın yollarının müzakirə edilməsi üçün mühüm platformadır.L.Süleyman qeyd edib ki, dünyanı yalnız humanizm qoruya və xilas edə bilər: “Bu baxımdan müasir dövrdə belə mövzulara diqqət yetirilməsi çox önəmlidir. Azərbaycanın bu təşəbbüsünü alqışlayır və ölkənizin humanitar məsələlərə böyük diqqət yetirdiyinə görə təşəkkürümü bildirirəm”. Forumda media ilə bağlı mühüm məsələlərin müzakirə olunduğunu deyən qonaq vurğulayıb ki, “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyası cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları haqqında məlumatlandırılması baxımından böyük önəm daşıyır: “Ümumiyyətlə, Forum bütün dünya üçün böyük əhəmiyyət daşıyır”.
sia.az