PDF Oxu

Siyasət

  • 4 426

"Dünyanın 20-dən çox universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunur" AÇIQLAMA-ÖZƏL

"Dünyanın 20-dən çox universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunur" AÇIQLAMA-ÖZƏL

“Azərbaycan xalqının başqa xalqların, başqa dillərin və dinlərin nümayəndələrinə multikultural və tolerant münasibəti artıq bütün dünya xalqları üçün son dərəcədə önəmli və ibrətamiz haldır. Prezident İlham Əliyevin söylədiyi kimi Azərbaycan artıq multiukultural mərkəzlərdən sayılır”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Himayəçilik Şurasının sədri Kamal Abdulla deyib.Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Prezident İlham Əliyev tərəfindən yaradıldığını deyən Himayəçilik Şurasının sədri söyləyib ki, mərkəzin fəaliyyəti göz qabağındadır: “Dünyanın 20-dən çox universitetində Azərbaycan həqiqətləri təbliğ edilir, Azərbaycan multikulturalizm adlı fənn tədris olunur. Bura İtaliya, Almaniya, İsveçrə, Rusiya, Gürcüstan, Litva və başqa universitetlər daxildir. Bu o deməkdir ki, həmin ali məktəblərin gəncləri Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini və bütövlükdə ölkəmizin həqiqətlərini öyrənmiş olurlar”.K. Abdulla söyləyib ki, Azərbaycan multikulturalizm adlı fənnin dərsliyi də çap olunub: “ Dərslik Azərbaycan dilində nəşr olunub. Dərslik yaxın günlərdə artıq ingilis dilinə də tərcümə edilib. Onun dünya xalqlarına, gənclərinə çatdırılmasının effektivi qat-qat artmış oldu. Gələcəkdə dərsliyin rus dilində, dünyanın başqa dillərində tərcümə edilməsi nəzərdə tutulur. Bununla da Azərbaycan multikulturalizminin əhvalı, azərbaycanlı mənəviyyatının bu gün hansı ideallarla yaşadığı haqqında dünyaya məlumat vermiş olacağıq”.

sia.az

Digər xəbərlər