"Biz, oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərini GUAM Parlament Assambleyasının xətti ilə müşahidə etdik. Bizim missiyaya GUAM-ın baş katibi və Gürcüstan, Azərbaycan, Moldovadan olan deputatlar və nümayəndələr daxil idi. Seçkiləri izləmək üçün Tbilisi, Mtsxeta və qaçqınların yerləşdiyi Tserovani bölgəsindəki məntəqələrdə olduq”. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstanda prezident seçkilərini izləmiş Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.Deputat bildirib ki, ümumilikdə seçki prosesi barədə müsbət təəssürat yaranıb: “Ümumi rəyimiz GUAM-ın rəsmi səhifəsində çıxacaq. Proqnozların bir hissəsi hakim partiyanın dəstəklədiyi namizədin minimum səs çoxluğu ilə elə birinci turdan seçiləcəyini, əksər hissəsi isə 2-ci turun olacağından xəbər verirdi. Elə də oldu. İkinci turun dekabrın 3-də olacağı gözlənilir”.
sia.az