“Humanitar Beynəlxalq Forumun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb edir”. Bunu SİA-ya açıqlamasında Misirin Yaxın Şərq Xəbər Agentliyinin (MENA) böyük redaktoru Ayman Eraky deyib.Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən forumla bağlı irəli sürülən təşəbbüsü yüksək qiymətləndirdiyini deyən qonaq söyləyib ki, ümumilikdə Bakı Forumu təkcə Azərbaycan üçün deyil, eləcə də bütün dünyada mövcud olan problemlərin müzakirəsi baxımından çox əhəmiyyətli platformadır.Ayman Eraky bildirib ki, Azərbaycanın tolerant ölkə olması ilə bağlı müəyyən məlumatlara malik olsa da, Forum bu məlumatların daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi: “Prezident İlham Əliyevin Forumun açılışında söylədiyi nitqi çox diqqətli və maraqla dinlədim. Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barədə məlumatım olsa da, Dövlət başçısının çıxışından ölkənizlə bağlı daha geniş informasiya əldə etmiş oldum.
sia.az