“Paşinyan Ermənistanın illər boyu dünyada üzləşdiyi məlum problemi daha kəskin şəkildə yaşamaqdadır. Dünya donorları bu ölkənin zəif və təcavüzkar olması səbəbindən ona böyük kreditlər ayırmaq, investisiyalar yatırmağa o qədər də həvəsli deyillər. Ermənistanın əsas donor mənbəyi dünya erməni lobbisi idi ki, Sarkisyanın prezidentliyi dövründə lobbi ilə Ermənistan dövlətinin münasibətləri xeyli zədələndi”. Bu fikirləri SİA-ya “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Paşinyanın Avropa İttifaqından pul “dilənməsi” məsələsinə münasibətini bildirərkən deyib.O bildirib ki, Paşinyan hələ iyun ayında NATO və Avropa Birliyinin sammitinə azı 100 milyon avro yardım almaq həvəsi ilə getsə də, ümidləri doğrultmadı: “Paşinyan bu vəsaitlə parlament seçkilərini keçirmək niyyətində idi. Birbaşa siyasi inamsızlıq səbəbindən Avropa Paşinyana yardım ayırmadı. Hətta iyun ayında Avropa Parlamenti Ermənistana xəbərdarlıq da etdi ki, demokratik proseslərə ardıcıl münasibət olmayacağı təqdirdə əlaqələr məhdudlaşdırıla bilər".A. Quliyev söyləyib ki, Paşinyanın dünya institutlarından maliyyə almaq cəhdləri və bu yolda daha çox uğursuzluğa düçar olması, Ermənistanın nüfuzunun zədəli olması və onun özünün şəxsən ziddiyyətli siyasət platformasına malik olması ilə bağlıdır: “Bundan başqa Ermənistanın təcavüzkar ölkə olması barədə dünyada sürətlə genişlənməkdə olan rəy də uğursuzluğun səbəblərindən biridir. Azərbaycanın Ermənistanı blokadada saxlamaq siyasəti də öz təsirli rolunu oynayır. Belə ki Ermənistanın iqtisadiyyatı inkişafdan geri qalmaqla yanaşı, ölkə daxilində maliyyə mənbələri tapılmır. Paşinyanın dünya maliyyə qurumlarının qapısını döymək cəhdləri də məlum səbəblərdən müsbət nəticə vermir”.Baş redaktor qeyd edib ki, Paşinyan başqa qapılara getməkdənsə, Azərbaycanın qapısına gəlib torpaqlarımızı qaytarsa, daha real nəticələrə çata bilər.
sia.az