PDF Oxu

Siyasət

  • 5 476

Ziyafət Əsgərov: "Siqaretin kino yaradıcılığına nə dəxlisi var?"

Ziyafət Əsgərov: "Siqaretin kino yaradıcılığına nə dəxlisi var?"

Milli Məclisdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanun layihələrinin müzakirəsi zamanı deputatlar məsələyə fərqli şəkildə yanaşıblar. SİA-nın xəbərinə görə, iclasda layihələri geniş təqdim edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxışı zamanı kino və teatr səhnəsində siqaretə qadağanın tətbiq edilməsinin Azərbaycanın kino yaradıcılığına zidd olması, Hollivud tərəfindən yüzlərlə filmdə tütün məhsullarından istifadə edilyini dilə gətirib.ABŞ, Fransa və digər ölkələrin təcrübələrinə topxunan komitə sədrinin çıxışına Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən irad tutulub: “Rafael müəllim, qanun layihəsi artıq III oxunuşda müzakirəyə çıxarılır. Ancaq sən təzə qanun layihəsi təqdim edirsən. Bura nə ABŞ-dır nə də Hollivud, bura Azərbaycandır və qanun layihəsi də III dəfə oxunuşa çıxarılır”.Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin spikeri Ziyafət Əsgərov söyləyib ki, hazırda Hollivudda çəkilən filmlərin 95 faizində tütündən istifadə yığışdırılır: “Rusiya Dövlət Dumasında da həm teatr, həm də kinolarda tütündən istifadə məhdudlaşdırılır. Artıq Türkiyədə də buna qadağa qoyulduğunu yəqin ki, görürsünüz. Belə səhnələrə kölgə qoyulur. O ki qaldı filmdə və teatrlarda siqaretə qadağanın Azərbaycanda kino yaradıcılığına zidd olması məsələsinə. Mən bunu başa düşə bilmirəm. Siqaretin kino yaradıcılığına nə dəxlisi var? Bir tərəfdən deyirsiz ki, ziyandır. O biri tərəfdən teatr, kino səhnəsinə çıxarırsınız. Bunun özü təbliğatdır”.

sia.az

Digər xəbərlər