PDF Oxu

Siyasət

  • 7 862

DSX-nın hərbi hissələrində gənc əsgərlər Vətənə sədaqət andı içiblər

DSX-nın hərbi hissələrində gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz, Şəki və Zaqatala şəhərlərindəki hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. DSX-nin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbriki çatdırılıb.Mərasimdə ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilib.Çıxış edənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirərək, onlara müvəffəqiyyətlər arzulayıblar.Tədbirlərdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təminatı və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil olunacağına əminlik ifadə edilib.Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarına təbriklərini çatdıraraq Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

sia.az

Digər xəbərlər