“Azərbaycan cari ildə bütün sahələrdə yüksək inkişaf göstəricilərinə nail olub. Bu inkişafın əldə edilməsində büdcə siyasətinin rolu olub. 2019-cu ilin büdəsində sosial layihələrin üstünlük təşkil etməsi, əhalinin rifah halının yaxşılaşdırılmasının əsas məqsəd daşıdığının göstəricisidir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Sahibə Qafarova parlamentin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsinin II oxunuşunda müzakirəsi zamanı çıxış edərkən deyibO bildirib ki, növbəti ilin büdcəsində təhsil xərclərinə ayrılan vəsaitin xüsusi çəkisi 9.7 faiz təşkil etməsi, təhsil sahəsində islahatların davamlılığını təmin edəcək.2014-cü ildən etibarən regionların sosial iqtisadi inkişafı ilə bağlı həyata keçirilən layihələr nəticəsində bu istiqamətdə mühüm uğurların əldə edildiyii deyən S.Qafarova söyləyib ki, büdcədə bu istiqamətdə nəzərdə tutulan ayrılamaların regionların daha da inkişaf edəcəyini deməyə əsas verir: “Lakin bununla yanaşı, bizə ünvanlanan müraciətlərdə bir neçə məsələnin həlli xahiş olunur. Belə ki, müraciətlərdə Şəmkirdə orta məktəblərin əsaslı şəkildə təmin olunması, qazlaşma, eləcə də bir neçə kənddə mədəniyyət evlərinin təmiri və yenidən qurulması xahiş olunur. Ümumilkdə növbəti ilin büdcəsini yükək qiymətləndirirəm. Gələn ilin büdcəsində nəzərdə tutulan məsələlərin yerinə yetiriləsi nəticəsində daha böyük uğurlar əldə ediləcək”.
sia.az